"Arxalarında dayanan pullu kişiləri..."

"Bizim bu bəzi əməkdar və xalq artistlərini görəndə lap ətim tökülür. Hələ çıxıb yekə-yekə danışıb, efirdən ağıl dərsləri keçib, nəyisə sübut etməyə çalışırlar. Onda da lap sənətdən küsməyim gəlir". Bu sözləri aktrisa Cəmilə Tağızadə aktyorların ünvanına yazıb.

Aktrisa həmkarlarını tənqid edərək, onları qeyri-peşəkar adlandırıb:

"Adama deyərlər belə çox istedadlı idinizsə, nail olduqlarınızı kişilərsiz, sevgililərsiz əldə edərdiniz. Bax, o zaman deyərdim öz istedadı, əzmi, iradəsi ilə gəlib bu adlara layiq görülüb. Tanıdığım o qədər istedadlı insanlar var ki, həmin o "əməkdar və xalq artistləri"ni kölgədə qoyarlar. Amma arxalarında dayanan nə sevgililəri, nə də pullu kişiləri var". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31