Mədəniyyət
Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə - VİDEO
Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan "Günə son" proqramına danışıb. Sevincini gizlətməyən əməkdar artist sözlərini bu cür ifadə edib: "Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildir, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar".
Məleykə Əsədova və Ramiz Məlikin qarşılıqlı iddiaları məhkəmə tərəfindən qəbul edilib
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam edib. Məlumata görə, prosesdə hər iki tərəf iddiasını məhkəməyə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib.
Nazirlik müsabiqənin şərtlərini açıqladı
Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli mənəvi və ümumbəşəri dəyərləri təbliğ etməkdir.
Müşfiq Hətəmov aktyorun sərt ifadələrinə CAVAB VERDİ: “Guya Hikmət mükafat alıb...”
“Yerlibazlıq etmək heç xasiyyətim deyil. Mən belə söz işlətmərəm, heç işlətməmişəm”. Bu sözləri Azərbaycan Film Kinostudiyanın direktoru Müşviq Hətəmov deyib. O, Türkiyədə 5-ci Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olan aktyor Hikmət Rəhimovla arasında yaranan gərginliyə münasibət bildirib.
Britaniyalı alimin məşhur əsəri ilk dəfə Azərbaycan dilində
Məşhur britaniyalı alim, tanınmış dinlər tarixçisi, ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub. Olaylar.az bildirir ki, TEAS Press Nəşriyyat evi tərəfindən tərcümə edilərək nəfis tərtibatda çap olunmuş “Mifin qısa tarixi” kitabında miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir. “İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.
Zaurun yalanının üstü efirdə açıldı: Ayda bir dəfə olur
Çiçək ləqəbli aparıcı Şəhla Vakkas ötən gün "5/5" verilişinin qonağı olub. İlk dəqiqələrdən Zaur Kamala qarşı fikirləri ilə diqqət çəkən Çiçək aparıcını çətin vəziyyətə salıb.
Günel İbrahimlə barışmaq istəyir - "Sənə minnət borcluyam"
Türkiyədə "Azəri qızı Günel" olaraq ulduzu parlayan müğənni Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir. Bir müddət əvvəl müğənnidən incidiyini deyən Günel İnstaqram-da barışıq addımı atıb. O, İ.Tatlısesin görüntülərini paylaşaraq sənətçiyə minnətdarlığını bildirib: "İnciklik keçib gedəcək, amma ata-qız arasında küsülülük olmaz. İmperator, sənə minnət borcluyam. Məni 1998-ci ildə Türkiyə tanıdı. Sənin sayəndə! Səsin üçün darıxdıq. Nəfəs almağın belə bizə bəsdi. Sən həmişə yaxşı ol, başımızın üstündən əksik olma. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. İncisək də, səbəbsiz olsa da, haqqımda gözəl şeylər söylədiyin üçün kölgən belə bəsdi. Səni sevirəm".
Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” Ermitaj Muzeyinin daimi kolleksiyasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” kolleksiyasından olan geyimlər dünya şöhrətli Ermitaj Muzeyində yer alıb. Olaylar.az bildirir ki, muzeyinin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən tanınmış modelyerin bir neçə işi muzeyə hədiyyə verilib.
Məşhur aktyor kinostudiyanın direktoruna ÜSYAN ETDİ: “Adamını tanı. Ağıllı ol"
Məşhur aktyor Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Müşfiq Hətəmov haqqında sosial şəbəkədən etdiyi paylaşım hər kəsin diqqətinə səbəb olub. Belə ki, Hikmət Rəhimov Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində Hikmət Rəhimov "Üçüncü günün adamı" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdu. Aktyor paylaşımında Kinostudiyanın direktorunun bu haqda söylədiyi fikirlərə etiraz edib. Olaylar.az Hikmət Rəhimovun facebook sosial şəbəkəsində yazdığı statusu olduğu kimi təqdim edir:
Azərbaycan teleməkanında bu da oldu: müğənniyə canlı yayımda elçi gəldilər
Dünən Azərbaycan teleməkanında növbəti ilk reallaşıb. Belə ki, canlı yayımda ilk dəfə bir müğənniyə elçi düşüblər. "5/5" verilişinin aparıcısı Zaur Kamal studiada Sevil-Sevinc bacılarına elçi düşən şəxsin olduğunu açıqlayıb. Zaur mikrafonu Xaçmaz rayonunun Çarxı kəndindən olan Həcər adlı qırmızı geyimli xanıma uzadıb. Gözləri dolan qadın verilişdə qonaq olan əkiz bacılardan Sevilə elçi düşdüklərini deyib.
Müşviq Şahverdiyev özündən 10 yaş kiçik müəllimə ilə EVLƏNDİ
Dünən aktyor Müşviq Şahverdiyevin toyu olub. Paytaxt məkanlarının birində keçirilən toya şou-biznes nümayəndələri də qatılıb. Onlar toydan fotoları sosial media hesablarında yerləşdiriblər.
Hüseyn Cavidin 135 illiyi təntənəli şəkildə qeyd olundu
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin də iştirak etdiyi tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
Tələbələr “Azərbaycan əsgəri” layihəsində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçirilən “Azərbaycan əsgəri” adlı layihədə iştirak edib. Tədbir iştirakçıları öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad edib. Sonra Estrada sənəti kafedrasının baş müəllimi və “Azərbaycan əsgəri” layihəsinin rəhbəri Gülnarə Allahverdiyevanın ifasinda “Sarı gəlin” xalq mahnısı səslənib.
Meyxanaçılar Anar Nağılbazın "porno" videosuna "ilişdilər": "Yoxlayır bir nəfəri..." - VİDEO
Meyxanaçı Ələkbər Yasamallı məşhur reper Anar Nağılbaza söz atıb. Orxan Lökbatanlı, Aydın Xırdalanlı və Rəşad Dağlının iştirak etdiyi məclisdə Ə.Yasamallı reperin bu yaxınlarda yayımlanan porno videosundan bəhs edərək ona söz atıb.
Nodar Şaşıqoğlu xatırlanacaq
Dekabrın 19 – da Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycanın dramatik teart və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, xatirə gecəsində sənətkarın yaradıcıllıq xüsusiyyətlərindən danışılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq, eyni zamanda Azərbaycan teatr və kino tarixində özünəməxsus yer tutan Nodar Şaşıqoğlunun yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.














