Mədəniyyət
“Kamança” pyesi səhnələşdirilib
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.
"Hörümçək adam" Gənc Tamaşaçılarda
Yeni ilin ilk günlərində Gənc Tamaşaçılar Teatrının “Hörümçək adam“ səhnəsində uşaqlarla görüşə gələcək. Olaylar.az bildirir ki, Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim ediləcək.
Universitetdə Beynəlxalq Ərəb Dili Günü
Bilik Fondunun, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Mədəniyyət və İncəsənət Universitetində Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi, Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri Beynəlxalq Ərəb Dili Günü münasibətilə tələbələrlə görüşüb.
“Faytonçu” Nazim sözlərinə görə Kürdəmir camaatından ÜZR İSTƏDİ - VİDEO
Tanınmış müğənni Nazim Pişiyarinin efirdə səsləndirdiyi “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” ifadələri cəmiyyətdə birmənalı qarşılanmamışdı.
"Mən ondan imtina edəcəm" - Əməkdar artist oğluna SON XƏBƏRDARLIQ ETDİ
ARB telekanalının "Səhər-Səhər" verilişində aktyor Rəhman Rəhmanov və həbsdən yenicə azadlığa çıxan Emil Rəhmanov maraqlı etirafları ilə diqqət çəkiblər.
Anar susqunluğunu pozdu - Qalmaqallı gecənin sirrini açdı
Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasında "Altın kelebek" mükafatlandırma gecəsində başlayan qalmaqal səngimək bilmir. Hər iki tərəf baş verənlərdə bir-birini günahlandırır. Gecədə yaşananların tək şahidi olan adı tez-tez hallanan stilist Anar Ağakişiyev isə heç bir münasibət bildirmirdi.
Namiq Qaraçuxurluya səhnəyə çıxmağa qadağa qoyuldu - AÇIQLAMA - VİDEO
"Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi. Yəni sümük açıqda idi. Bu da həmin bölgədə infeksiya olma ehtimalını artırır. Bu da gələcəkdə yara və ya daha da böyük problemlərə gətirib çıxara bilər. Əsas şikayəti ondan ibarətdir, amma normal, tez-tez görünən bir sınıqdır. Digər bir səbəbsə həm iç, həm də çöl tərəfdən sındırması olub. Əməliyyatda elə də bir problem olmadı".
Direktorla aktyorun məhkəməsi başlayır
Bu gün İrəvan Dövlət Dram Teatrından qanunsuz şəkildə çıxarıldığını iddia edən tanınmış aktyor Əjdər Zeynalov və adıçəkilən teatrın direktoru İftixar Piriyevin məhkəmə prosesi baş tutacaq. Bu barədə aktyorun vəkili Adəm Orucov məlumat verib.
Könül Xasıyevanın səhhəti yenidən pisləşdi
Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək. Bu barədə Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.
Tolik Rəhim qalmaqalı QIZIŞIR: “Ağzımı açdırma...”
Prodüser Tarix Əliyev sosial şəbəkədə Rəhim Rəhimlinin onun ünvanına dediyi sözlərə münasibət bildirib. O, instaqram hesabında Rəhimin cavabını verib: “Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik üç konsert edib. Ay “oçkili” oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edəndə (düzüdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya…
Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı: Deyir, sevgini kişi kimi bəyan et
Dünən doğum gününü qeyd edən Zaur Kamal hədiyyə baxımından korluq çəkməyib. Zaur "5/5"də ona hədiyyə göndərənlərin adını sadalayaraq bir-bir təşəkkürünü bildirib. Gələn hədiyyələrdən birini əlinə götürən Zaur "Deyir "Zaur, bu hədiyyə bir ay danışılacaq". Mənə dedilər ki, dəyəri 5 min manatdır" sözləri ilə ona gələn ən bahalı hədiyyəni tamaşaçıların önündə açmağa başlayıb.
Rəhim Rəhimlidən Tolikə SƏRT CAVAB: “Sizi rəhmətlik İlhamə xanım...”
“Yekəbaş adlandırdığınız şəxslə musiqi haqqında heç nə danışa bilməzsiniz. Odur ki, danışanda ağzınızdan çıxan kəlmələrə xahiş edirəm nəzarət edin. Altını çizərək bildirmək istəyirəm ki, sizi görəndə 5 qat əyilib qatlananlarla məni səhv salmayın!”
Nəsib bəy Yusifbəylinin xanımına aid nadir sənəd - “Oğlum Ənvərə sevgilərlə”
Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin xanımı -həm də maarifçi İsmayıl Qaspiralının qızı- Şəfiqə xanıma aid tarixi sənədi təqdim edirik. Nəsib bəy hələ tələbə ikən Krıma, İsmayıl bəy Qaspiralının yanına gedir, orada "Tərcüman" qəzetində tez-tez çıxış edirdi. Qaspiralı dünyasını dəyişəndən sonra da o, qəzetlə əlaqəsini saxlayıb və yenidən orda çap olunub. Nəsib bəy Qaspiralının qızı Şəfiqə xanımla ailə həyatı qurur. Krımda Qaspiralının yanında bir neçə vaxt yaşayıblar. Sonradan ailə problemlərinə görə ayrılıblar. Amma ayrılsalar da, Nəsib bəy öz ailəsinə, uşaqlarına sonradan hər zaman nəzarət edirdi. Şəfiqə xanımın özü də Nəsib bəyə ömrünün sonuna qədər hörmətlə yanaşıb. O da jurnalist idi. "Aləmi nisvan" adlı qəzeti Krımda o, çap etdirmişdi.
İlin ən məşhur romanı Azərbaycan dilində
Builki Nobel mükafatçısı Kazuo İşiquronun “Məni heç vaxt tərk etmə” adlı məşhur romanı Azərbaycan dilində çapdan çıxıb. Romanı ingilis dilindən İlahə Əkbər çevirib.
Zaur Kamalın anası studiyaya gəldi - Oğlunu canlı efirdə təbrik etdi - VİDEO
Bu gün Xəzər TV-nin məşhur siması Zaur Kamalın doğum günüdür. Aparıcı doğum gününü “5-də 5” verlişinin canlı efirində qeyd edib. Proqrama dəvət olunmuş qonaqlar hədiyyələrlə gəlib. Həmçinin bir çox şou-biznes nümayəndələri də aparıcıya ad günü hədiyyələri göndəriblər.














