Mədəniyyət
Avroviziya təmsilçimiz “Dəm olmuşam” meyxanasını ELƏ TƏRZDƏ OXUDU Kİ... – VİDEO
Ökəmizin film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq. "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək.
Oğlu həbsdən çıxan əməkdar artist: "İçəri girəndə gözlərimə inanmadım"
Əməkdar artist Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa buraxılıb. Açıqlama verən aktyor sevincinin həddi-hüdudu olmadığını deyib: "Ata üçün bundan böyük sevinc ola bilməz. Gecə qapı açıldı, oğlum qəfildən içəri girəndə gözlərimə inanmadım. Çünki yanvarda azad olunmalıydı.
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilib.
Türkiyəli müğənni Aygün Kazımovanın mahnısını OĞURLAYIB? – VİDEO
Türkiyəli müğənni Simge Sağının yeni mahnısı “Üzülmedin mi?” Ramal İsrafilovun bəstəsi ilə oxşardır. Söz və musiqisi Ersay Ünere aid olan mahnı 2013-cü ildə Xalq artisti Aygün Kazımovanın ifasında səslənən “Biletini alma”nın giriş hissəsi ilə demək olar ki, eynidir.
Günay İbrahimli SEVGİLİSİNDƏN DANIŞDI: Buna görə ona vurulmuşam
“Onun şəhərdə olan hörmətinə sonra da boy-buxununa, hərəkətlərinə vurulmuşam”. Bu sözləri sosial media proqramı olan “Həştəq”də müğənni Günay İbrahimli bildirib. O, sevgilisi barədə maraqlı etriaflar edib: “Üç ildir davam edir. Tanış olub, dostluq etmişik. Birdən-birə sevgili olduq.
Sevinc Sarıyeva “Muğam axşamlar”ında
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı adlı möhtəşəm layihə davam edir. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihələrindən olan “Muğam axşamları” layihəsi çərçivəsində “Xaric segah” muğamı səsləndirilib. Muğamı Əməkdar artist Sevinc Sarıyeva ifa edib.
Təranə Qumral Musa Musayevə SON DEDİ
Aşıq Əli saz çala bilməyən həmkarını döydü - Canlı yayımda Zaurdan ŞOK İDDİA
Ötən gün "5/5" verilişinin qonaqıarından biri aşıq Əli olub. Aparıcı Zaur Kamal Əlini canlı yayımda çıxılmaz duruma salıb. Belə ki, aparıcı aşığa "Eşitdiyimə görə, bir aşığı yaxşı saz çala bilmədiyi üçün aparıb döymüsən? Hadisədən xəbərdaram. Bəyənməmisən deyə?" sualı ilə müraciət edib.
"Sevinin ki, kişinizin sevgilisi də qadındır" - Azərbaycanlı aktrisanın GİZLİ MESAJI
Qalmaqallı açıqlamaları ilə diqqət çəkən aktrisa Könül Yusifqızı yenə öz ampluasındadır. Açıqsözlü aktrisa bu dəfə həyat yoldaşı xəyanət edən qadınlara müraciət edib.
Tolik Natavan və Dadonun SİRRİNİ AÇDI: “Məcburi ərə getdi”
Tanınmış prodüser Tarix Əliyev “Həştəq” sosial media proqramının qonağı olub. Müğənnilər və evlilikləri barədə söz açan prodüser Natavan və Dado münasibətindən də danışıb: “Natavan məcburi ərə getdi.
Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu
Yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olub. Qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.
Elnarə Zaur Kamalı boykot etməyə çağırdı- VIDEO
Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın "5-də 5" verilişini boykot etməyə çağırıb. Şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib. O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedizdirmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb.
“Kino və zaman” - Aydın Kazımzadənin növbəti kitabı
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub. mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulan kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb.
Əhməd Bakıxanovun 125 illiyi qeyd olundu
Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə qonalar sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açıb.
Rəhman Rəhmanovun oğlu azadlıqda
Əməkdar artist Rəhman Rəhmanovun oğlu azadlığa buraxılıb. Bu haqda məlumatı aktyorun həyat yoldaşı təsdiqləyib. Akyorun oğlu Emil Rəhmanovun cəza müddəti bitib. Qeyd edək ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.


.jpg)











