Mədəniyyət
İradə Musayevanın kitab təqdimatı olacaq
Ədəbiyyatşünas alim İradə Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabının təqdimatı və imza günü keçiriləcək.
“Evlilik də yaradıcılıqdır...” - Şəhriyarla ad günü söhbəti
Bu gün tanınmış şair Şəhriyar del Geraninin ad günüdür. Onun 30 yaşı tamam olur. - Şəhriyar, adın hardan gəlir? Və ad günü deyəndə ağlına ilk nələr gəlir?
Sovet dövrünün ən yaxşı cizgi filmində GİZLƏNƏN İNANILMAZ MÜƏMMALAR - FOTO/VİDEO
Keçmiş Sovet xalqlarının könüllərdə taxt quran bəzi cizgi filmləri günümüzdə də populyarlığını qoruyur. Məhz bunlardan biri: “Dumanda Kirpi”dir. Keçmiş Sovet məkanında ən sevilən cizgi filmlərdən biri olan ekran işi 35-dən artıq beynəlxalq və ümumittifaq mükafatları alıb.
Tahir Əkbərin səhhətindən XƏBƏR VAR
Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin səhhəti yaxşılığa doğru dəyişib. Bu barədə açıqlamasında bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərova məlumat verib. Onun sözlərinə görə, Tahir Əkbər hazırda həkim nəzarətindədir, müalicəsi davam edir: "Həkimlər bizi inandırır ki, get-gedə hər şey qaydasına düşür.
Teatr direktoru Beynəlxalq festivalda münsiflər heyyətində yer aldı
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Olaylar.az –a bildirlib ki, tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar – 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.
Təranə Qumraldan efirdə Nazəninə SƏRT İSMARIC: Məni həbs etsələr də...
Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Təranə Qumral-Musa Musayev cütlüyü Nazənin davası ilə bağlı ilginc açıqlama ilə yadda qalıblar. Elgiz Əkbərin "Bu gün burada bəlkə barışasınız?" təklifinə Təranə Qumralın geniş cavabını təqdim edir: "Məhkəmə artıq qərar çıxarıb. Qərar çıxarıb ki, mən ondan üzr istəməliyəm. Təranə də qarşı tərəfdən üzr istəmir.
Ölüm təhlükəsi ilə üzləşən əməkdar artist tanınmayacaq dərəcədə dəyişdi
Əməkdar artist Kəmalə Rəhimli bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olub. Xanım müğənninin xeyli çəki atması diqqətdən yayınmayıb.
Məşhur teleaparıcı tələbələrlə görüşdü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, "BİR" tələbə-könüllülərinin təşəbbüsü ilə hər zaman fərqli yanaşması ilə televiziya məkanında seçilən pozitiv tele-aparıcı Hüsniyə Məhərrəmovanın tələbələr ilə görüşü keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Universitetin rektoru professor Fərəh Əliyeva qonağı salamlayaraq, onun televiziyaya gəldiyi ilk günləri xatırladıb, bu günə qədər maneələr və çətinliklərə baxmayaraq əzmkarlıq ilə nail olduğu uğurlarını tələbələrə nümunə göstərib.
Röya QALMAQALA SON QOYDU: “Ölmüşləri diriltmək üçün pul alacam”
Əməkdar artist Röya Ayxan həmkarları İradə İbrahimova və Nigar Camalla olan qalmaqalı sonlandırıb. İfaçı sosial media hesabında bunları yazıb: “Hər bir uğurumun arxasında Azərbaycan durdu. Söz-söhbətlər oldu və olacaq. Amma gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam (zarafat). Allah hamınızı qorusun. Vallah, işsizlikdəndir. İş olsa, mən yadınıza düşmərəm. Allah ruzinizi bol, canınınızı sağ etsin”.
Səyavuş Aslanın oğlu: “Uşaqlarım məni axtarmır” – MÜSAHİBƏ
Səyavuş Aslanın oğlu Çingiz Aslanla müsahibəni təqdim edirik. - Niyə bu qədər niskilli səslə ağlayırsız, Çingiz müəllim? - Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?
Aktyorlarımız festivalda qalib oldular
Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Aktyorlarımız Hikmət Rəhimov və İlahə Həsənova festivalda mükafata layiq görülüblər. Hikmət Rəhimov “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında, aktrisa İlahə Həsənova isə “Nar bağı” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında qalib olublar.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid yeni materiallar əldə olunub
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü tarixinin tədqiqi və təbliğində mühüm işlər həyata keçirir. Olaylar.az bildirir ki, bu yaxınlarda muzeyin Neqativ fonduna AXC-nin tarixini əks etdirən 100-ə yaxın neqativ fotolar daxil olub. Hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür.
Rusiya mətbuatı hansı aktyorumuzdan yazdı?
Xəbər verdiyimiz kimi ADGTT-nın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında uğurla çıxış edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülmüşdü. Olaylar.az bildirir ki, Festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edən aktyorunuzn oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilib.
Həftəsonu 8 tamaşa nümayiş olunacaq - Gənc Tamaşaçılar Teatrında
Gənc Tamaşaçılar Teatrı dekabr ayının 15-də saat 14:00-da böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan”, saat 19:00-da isə türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşalarını nümayiş etdirəcəkdir. Olaylar.az bildirir ki, dekabrın 16-da axşam saat 19:00-da L.Nurenin “Mən gəldim qızlar”, 17-də isə saat 19:00-da D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyasını təqdim edəcəkdir.
Azərbaycan və Belaruslu opera ulduzları birgə çıxış edəcəklər
Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün Teatrın öz yetirməsi, hazırda Almaniyanın Manhyem Milli Operasında çalışan istedadlı opera sənətçisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevi dəvət etmişdir. Almaniyada çalışmaqla bərabər mütəmadi olaraq həm də Avropanın bir sıra ölkələrində ən mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən, onu böyük həvəslə qəbul edir.








.jpg)





