“Tarixə səyahət” Muzeydə nümayiş olundu
Dekabrın 20 - də Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” klubunun məşğələlərində cari ildə fəallığı ilə seçilən üzvlərinin təltif etmə mərasimi və Muzeyin “Tarixə səyahət” adlı kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan, XIX – XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tarixçilər, incəsənət nümayəndələri, könüllü ictimai fəallar, məktəblilər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.
20 Dekabr 2017 20:01 MədəniyyətDekabrın 20 - də Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Hacı Zeynalabdin Tağıyev" klubunun məşğələlərində cari ildə fəallığı ilə seçilən üzvlərinin təltif etmə mərasimi və Muzeyin "Tarixə səyahət" adlı kinoklubunda "ARB Aran" yaradıcılıq mərkəzinin istehsalı olan, XIX - XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə tarixçilər, incəsənət nümayəndələri, könüllü ictimai fəallar, məktəblilər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov açaraq, muzeydə 2013-cü ildən fəaliyyət göstərən Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan Klubun fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Klubun məşğələlərində cari il ərzində fəallığı ilə seçilən üzvlərin təşəkkürnamə və sertifikatla təltifetmə mərasimi baş tutdu. Təltifetmə zamanı Klub üzvləri Muzeyin rəhbərliyinə və Klubun mühazirəçilərinə öz təşəkkürlərini bildirdilər.
Tədbir Muzeyin "Tarixə səyahət" kinoklubunda "ARB Aran" yaradıcılıq mərkəzinin istehsalı olan filmin təqdimetmə mərasimi ilə davam etdi. Bədii rəhbəri Tahir Tahiroviç, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, rejissoru Murad Muradov, icraçı prodüseri Qənirə Qurbanlı, baş prodüseri İqbal Məmmədəliyev olan film üç hissədən - H.Z.Tağıyevə həsr olunmuş "Əfsanə", M.Nağıyevə həsr olunmuş "Əliaçıq xəsis" və M.Muxtarova həsr olunmuş "Ölməz Murtuza" əsərlərindən ibarətdir. Çıxış edən Tahir Tahiroviç film barədə məlumat verərək bildirdi ki, bu ekran əsərinin çəkilməsi önəmlidir. Azərbaycan tarixinin önəmli səhifələrindən olan xeyriyyəçi sahibkarlar və mesenatların fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, tanıtdırmaq məqsədi daşıyır.
Daha sonra söz filmin ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğluya verildi. O, bildirdi ki, Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş bu film Azərbaycan tarixində özünəməxsus yer tutmuş görkəmli xeyriyyəçilərin ictimaiyyətə tanıtdırılmasında mühüm əhəmiyyətə malikdir.
Tədbir filmin nümayişi ilə davam etdi.