Röya qubalıları coşduracaq

Dekabrın 29- da Mədəniyyət və Turizm nazirliyi, Quba rayon İcra hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti baş tutacaq. Olaylar.az bildirir ki, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəkdir.

Dekabrın 29- da Mədəniyyət və Turizm nazirliyi, Quba rayon İcra hakimiyyəti, "ASAN xidmət"in təşkilatçılığı ilə Quba "ASAN həyat" Kompleksində yeni il konserti baş tutacaq.

Olaylar.az bildirir ki, "ASANla röyalarınız gerçəkləşir" şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir - birindən möhtəşəm mahnılarını ifa edəcəkdir.

Qeyd edək ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, "ASAN xidmət"in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31