Mədəniyyət
Uşaqlar üçün müsabiqə - “Şəhid şəhər”
Bakıda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. Rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
“Kəmtərovlar ailəsi” adlı hekayələr toplusu Türkiyə türkcəsində
Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyindən verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.
Röya Ayxanın Aygün Bəylərə qarşı şikayəti əsasında məhkəmə başlayıb
Bu gün Səbail rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb. Hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda anket məlumatlar dəqiqləşdirilib. A. Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Tağıyevin imzası olan FOTO - ŞƏKİL
Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin foto-şəkli hədiyyə edilib. Olaylar.az bildirir ki, bəhs edilən foto-şəkli Muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.
Tanınmış modelyerin yeni kolleksiyası
Tanınmış modelyer Fikrət Əliyev Bakıda yeni geyim kolleksiyasını təqdim edib. Dəfilədə modelyerin 20-dək yeni işi nümayiş olunub.
Muzeyin yeni məqalələr toplusu işıq üzü gördü
“Milli Azərbaycan Tarixi Muzeyi-2017” adlı məqalələr toplusunun növbəti nömrəsi çapdan çıxıb. Olaylar.az bildirir ki, nəşrdə muzeyin əməkdaşlarının vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika və sənətşünaslıq sahələri üzrə 40-dan artıq araşdırma yazısı yer alıb.
Müğənni Dilbər: "Atama dedilər, qızın erotik filmlərə çəkilir, öldür, namusunu təmizlə"
Türkiyənin tanınmış müğənnisi Dilbər Ay son verdiyi müsahibəsi ilə diqqət çəkib. 10 gün sonra yeni albom çıxaracağını elan edən müğənni adına görə çətin günlər yaşadığını dilə gətirib. Belə ki, onun adaşı porno aktrisa olub və əxlaqsızlıqda ad çıxarıb. Bu səbəbdən çoxları müğənnini əxlaqsız qadınla səhv salıb.
Yenə könlüm Kəlbəcərə tələsir
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayon sakini, 1984-çü il təvəlüdlü Elşad İbrahimovun "Aşıq Şəmşir" Mədəniyyət Ocağının dəstəyi ilə işıq üzü görən "Yenə Könlüm Kəlbəcərə tələsir" adlı kitbının təqdimatı, həmçinin Elşadın Kəlbəcərli gənçlərlə görüşü təşkil edilib.
“Bu Şəhərdə”nin konsertində daha bir bilet qalmaqalı
“Bu Şəhərdə”nin bu ilin mart ayında keçiriləcək “Gəlin” adlı konserti ilə bağlı daha bir bilet qalmaqalı yaşanıb. Bu barədə Bakı şəhər sakini Fəridə Cavadlı yanvarın 16-da “Gənclik Mall”da yerləşən “iTicket” şirkətinə məxsus kassadan 240 manata aldığı 3 bileti bir neçə saat sonra qaytarmaq və ya dəyişmək istəsə də, bunun mümkün olmadığını deyib.
“Azərbaycan Xalçası” Ensiklopediyası Nyu – Yorkun məşhur muzeyinə təqdim edildi
Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan Xalçası” Ensiklopediyasının Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib.
Fotoqraflar Birlində “Açıq qapı” – Pulsuz dərs
Azərbaycan Fotoqrafları Birliyi yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq pulsuz fotoqrafiya kursları təşkil ediləcək. Olaylar.az bildirir ki, fotokursların əsas məqsədi AFB-nin 20 illik yubileyi ilə əlaqədar fotosevərlərə hədiyyə olunur. Foto kursların dərsləri AFB-nin ənənəvi “Açıq qapı” günündə keçiriləcək. Kursun təşkilində məqsəd fotoqrafiya həvəsi olanlar, fotoqrafiya yeni başlayanlar, fotokamerası olub istifadə qaydalarını öyrənmək istəyən, sadəcə fotoqrafiya ilə məşğul olmaq üçün fotoaparat almaq arzusunda olanlara faydalı məsləhətlər veriləcək. Foto kurslarda fotoqrafiyanın tədrisini AFB-nin fotoqrafları dərs verəcək.
“Monotamaşalar paradı”na uğurla yekun vuruldu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində nümayiş olunan monotamaşalar uğurla nümayiş olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”, Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda “Sonluğun sonu”, Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.
“Leyli və Məcnun” operasının 110 illiyi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub. Yubiley tamaşasında Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
"O Səs Türkiyə"də azərbaycanlı qızların günü - Ailanın geyimi hadisə oldu - VİDEO
Ötən gün "O Səs Türkiyə"də "Duel" mərhələsinin seçim turu keçirilib. TV8 ekranlarında yayımlanan mahnı yarışının bu mərhələsində iştirak edən iki azərbaycanlı qız Aila Rai və Aynurə Şirinova (Hər ikisi Yıldız Tilbenin komandası) növbəti mərhələyə yüksələn tərəf olublar.
Türkiyəni məst edən azərbaycanlı çoban “O Səs Türkiyə”dən KƏNARLAŞDIRILDI - VİDEO
Sosial şəbəkələrdə azərbaycanlı çoban kimi məşhurlaşan Pərvin Səfərov "O Səs Türkiyə" yarışmasının növbəti mərhələsinə keçə bilməyib.



.jpg)










