Mədəniyyət

Röyadan Lalə və İradəyə cavab: "Sizdən pul istəyən yoxdur"

29 Yanvar 2018 12:17

Əməkdar artist Lalə Məmmədovanın Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirməsi odu közərmiş qalmaqalı yenidən alovlandırıb. Məmmədovanın dediklərinə ilk cavab verən isə prodüser Tolik olub və o, yenə Röyanın müdafiəsinə qalxıb. Məsələyə əməkdar artist Röya Ayxan da münasibət bildirib.

Natavan bunu İLK DƏFƏ AÇDI- VİDEO

29 Yanvar 2018 11:25

“ATV maqazin onlarla” verilişinin qonağı olan Natavan Həbibi ilk dəfə Xalq artisti Aygün Kazımova ilə münasibətlərinin pozulması haqqında danışıb. Natavan Həbibi küsülü olduğu Aygün Kazımova ilə illərdir görüşmədiyini bildirib.

Əkizlər ərə gedir: "Toyumuz Azərbaycanda olmayacaq"

28 Yanvar 2018 15:12

Əkiz bacılar Sevil və Sevinc Səfərovaların son günlər barmağında üzüklə dolaşması söz-söhbətə səbəb olub.  Müğənnilər “Lider maqazin”ə açıqlamasında nişanlamaları ilə bağlı sualları cavablandırıblar. “Ərə getsək də, getməsək də heç kim bilməyəcək.

“Şokolad” filmi beynəlxalq festivalda

28 Yanvar 2018 10:52

İranlı rejissor Mehdi Heydərinin çəkdiyi “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq. Əslən Azərbaycanlı olan gənc rejissor M.Heydərinin qısametrajlı “Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.

Günel və İbrahim Tatlısəs barışdı

28 Yanvar 2018 10:43

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova bir müddət küsülü olduğu İbrahim Tatlısəslə barışıb. Tatlısəslə görüşən Günel sənətçinin onu məşhurlaşdırdığı illərə qayıtdığını bildirib: “Həyatda mənə həyatı başa salam Atam! Yenidən həyata başladan insan.

Fatimədən Xatunun onu döyməsi xəbərinə açıqlama

27 Yanvar 2018 19:17

Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva tərəfindən döyülməsi xəbərləri ilə bağlı açıqlama verib.  Rəqqasə belə bir hadisənin baş vermədiyini, menecerinin açıqlamasının yanlış yazıldığını bildirib:   “Telefonuma dünən zəng gəldi. Verilişə gecikdiyimdən dedim ki, işçim cavab verəcək. O da deyib ki, “Fatimə xanım bu haqda danışmaq istəmir. Söhbəti öz aralarında bağlayıblar”.

"Narkotik çəkirdim və özümə nifrət edirdim" - Samirdən gözlənilməz etiraflar

27 Yanvar 2018 19:15

Müğənni Samir Bağırov "V element" verilişindəki açıqlamaları ilə hər kəsi təəccübləndirib.  Sənətçi hər kəsdən uzaqlaşmasında tək özünün günahkar olduğunu deyib: "Tək qalmağımda heç kim günahkar deyil. Şou-biznesdə dostluq yoxdur. Güvənə bildiyim tək qadın anamdır".  Samir "Bəs niyə Amerikaya ananızın və bacınızın yanına getmədiniz" sualına belə cavab verib. O bildirib ki, narkotik maddə aludəçisi olub:

“Səyyad mənə sevgi dastanı yazıb” - Nüşabədən ŞOK AÇIQLAMA - FOTO/VİDEO

27 Yanvar 2018 17:57

ARB televiziyasının efirində yayımlanan “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Nüşabə Ələsgərli və Səyyad Əlizadə olub.  Nüşabə Ələsgərli veriliş zamanı Səyyad Əlizadənin onu bəyənməyə-bəyənməyə ona sevgi dastanları yazdığını deyib:

“Gəncliyin səsi” festivalı keçiriləcək

27 Yanvar 2018 17:55

Fevralın 2-6-da Bakıda ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

"Gələcəyimiz gələcəyimizdir" yeni müsabiqə

27 Yanvar 2018 17:44

Fevralın 2 - də Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə "Gələcəyimiz gələcəyimizdir" adlı sərgi -tədbir keçiriləcək. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalq Cümhuriyyəti ilinə həsr olunub.

“Eşqi–Nigar” ın yaradıcı heyəti mükafatlandırıldı

27 Yanvar 2018 17:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış “Eşqi–Nigar” tamaşasının növbəti premyera olub. Tamaşa Bakı Yunis Əmrə İnstitutu və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb.

Bəhram Bağırzadənin xeyriyyə məqsədilə fərdi sərgisi açılıb

27 Yanvar 2018 13:10

Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılıb. Sərgi ilə bağlı fikirlərini  bölüşən B.Bağırzadə deyib: “Bu, mənim ikinci fərdi sərgimdir. Sərgi xeyriyyə məqsədi ilə açılıb. Burada gördüyünüz hər bir iş əl əməyinin bəhrəsidir. Sərgidə əsas mövzu qədim və müasir Bakıdır. İşlərdə şəhərimizin gözəlliyi əks olunub. Bu sərginin yaxın gələcəkdə Avstriya və Belçikada nümayişini planlaşdırırıq”.

İstedadlı gənclər sorağında

26 Yanvar 2018 16:19

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti,  Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində “İstedad sorağında 3” yaradıcılıq müsabiqəsini elan edir. Olaylar.az bildirir ki, müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.