Mədəniyyət
Səfir Tarixi Muzeyində
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub. Olaylar.az bildirir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa bu mədəniyyət ocağının tarixi, fəaliyyət istiqamətləri, Türkiyə ilə elmi-mədəni əlaqələri barədə məlumat verilib.
Qarabağ xalçalarının xilas edilmiş eksponatlarını əks etdirən kataloq
AMEA Mərkəzi Elmi Kitabxanasına Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Olaylar.az bildirir ki, kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.
Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi
Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib.
Professional bəstəkarlıq məktəbinin 110 illiyi
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Muzeyin direktoru, sənətşünasıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Azərbaycanda bəstəkarlıq məktəbinin 110 illik inkişaf yolu və nailiyyətlərindən söhbət açıb. O, dahi Üzeyir Hacıbəylinin əsasını qoyduğu bu məktəbin korifey nümayəndələri - Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Bakıxanov, Səid Rüstəmov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Əhməd Bakıxanov, Vaqif Mustafazadə, Elza İbrahimova, Şəfiqə Axundova və başqalarının milli musiqi xəzinəsinə töhfələrini qeyd edib.
“Hüseyn Cavid – 135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçiriləcək.
Azərbaycan xalçası Los-Anceles sərgisində
Azərbaycanın ən məşhur xalçalarından biri - “Ərdəbil” və “Şeyx Səfi xalçası” adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir. Toxunma tarixi məlum olan ən qədim, ən iri (35 milyon ilmədən ibarət) və tarixi əhəmiyyətli xalçalardan biri sayılan “Şeyx Səfi xalçası” başqa bir məşhur Azərbaycan xalçası ilə bərabər uzun müddət Londondakı Viktoriya və Albert Muzeyində saxlanılıb.
Həftəsonu 14 tamaşa nümayiş olunacaq
Hər həftə olduğu kimi bu həftə də ADGTT daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib etmişdir. Teatr yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-i saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-u saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da saat 14:00-da M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşası nümayiş olunacaq.
Tanınmış Xalq artisti reanimasiyadan çıxarıldı
Lənkəran Dövlət Dram Teatrının Aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti yaxşılaşıb. Bu barədə Xalq artistinin kürəkəni, tanınmış aktyor Qurban Məsimov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanıb: “Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının intensiv tearapiya-reanimasiya şöbəsindən kardioloji şöbə palatasına köçürülüb. Hazırda həkim nəzarətindədir”.
Seyid Əzim Şirvaninin nəticəsi Daşkənddə evlə təmin olundu
Görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.Fatma Quliyava 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.
Kuzey Kıbrıs sənətçiləri Bakıya gəlir
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycana səfər edəcək. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə məqsəd Bakıda konsert proqramı ilə çıxış etməkdir.
İlhamə Quliyevanın Brillianta nifrətinin ƏSL SƏBƏBİ - Dedi gəl onu ... VİDEO
Bu gün "Hər şey daxil" verilişində qonaq olan xalq artisti Brilliant Dadaşova mərhum İlhamə Quliyeva ilə aralarındakı incikliyin əsl səbəbini açıqlayıb. Xalq artisti canlı yayımda bu zamana kimi KİV-də mərhum xalq artisti ilə aralarındakı narazılığın düzgün işıqlandırılmadığından gileylənib.
“Cəza” festivalda dəfələrlə nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilib. Olaylr.az bildirir ki, sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yenidən nümayiş etdirib.
"Mən həmişə aldanıram" - Tacir ona edilən xəyanətdən danışdı
Dünən "5/5"-də qonaq olan Tacir Şahmaloğlu aparıcının sualları ilə qarşı-qarşıya qalıb. Müğənni Zaurun suallarına cəsarətli açıqlamaları ilə diqqət çəkib.
Qüsurlu orfoqrafiya lüğəti - SORĞU
Və yaxud yeri səhv düşən sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı İlahiyyatçı alim Nəriman Qasımoğlu və AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi ishcisi, ərəbşünas Elvüsal Məmmədovla ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Elgiz açıq-saçıq geyimli müğənnini efirdə BİABIR ETDİ- VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub. Efirə açıq-saçıq və qısa geyimdə gələn sənətçi aparıcı Elgiz Əkbər tərəfindən tənqid olunub: “Vallah, qıraqdan baxanda lap utandım.














