Komitə sədri kinematoqrafiyanın inkişafı üçün təklif verdi

“Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

"Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib. O bildirib ki, "Kinematoqrafiya haqqında" qanun layihəsi tam hazırdır. "Artıq müvafiq nazirliklər bu layihəyə müsbət rəy veriblər. Lakin burada olan bir neçə məsələyə görə, layihəni hələlik komitədə müzakirəyə çıxara bilmirik. Azərbaycan kinosunun tarixi dünya kinosu ilə demək olar ki, eyni vaxtda başlayıb. Amma bu gün Azərbaycan kinosunun dünya kinosuna öz töhfəsini verməsi üçün sıçrayışa ehtiyacı var. Biz kinematoqrafiya sahəsində güzəştlərin olması üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir.Bu dəyişiklik olduqdan sonra onları "Kinematoqrafiya haqqında" qanun layihəsinə daxil edə bilərik. Müvafiq qurumlar bu məsələyə müsbət rəy verdikdən sonra biz "Kinematoqrafiya haqqında" qanun layihəsini müzakirəyə çıxaracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31