Mədəniyyət
"Mən həmişə aldanıram" - Tacir ona edilən xəyanətdən danışdı
Dünən "5/5"-də qonaq olan Tacir Şahmaloğlu aparıcının sualları ilə qarşı-qarşıya qalıb. Müğənni Zaurun suallarına cəsarətli açıqlamaları ilə diqqət çəkib.
Qüsurlu orfoqrafiya lüğəti - SORĞU
Və yaxud yeri səhv düşən sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı İlahiyyatçı alim Nəriman Qasımoğlu və AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi ishcisi, ərəbşünas Elvüsal Məmmədovla ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Elgiz açıq-saçıq geyimli müğənnini efirdə BİABIR ETDİ- VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub. Efirə açıq-saçıq və qısa geyimdə gələn sənətçi aparıcı Elgiz Əkbər tərəfindən tənqid olunub: “Vallah, qıraqdan baxanda lap utandım.
Gənclər günü Filarmoniyada
Fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə həsr edilmiş tədbir keçiriləcək. Filarmoniyadan Olaylar.az -a bildirilib ki, tədbir Filarmoniya və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü ilə reallaşacaq.
Aparıcının həbsdə olan Fədayə ilə bağlı sualına gülərək elə cavab verdi ki ...
Dünən "5/5"in qonağı olan Tacir Şahmaloğlu qalmaqallı etirafları ilə maqazin gündəmini yenidən dəyişəcək kimi görünür.
Numizmat alimin yeni kitabı
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabı (Bakı, 2017, 184 səh.) Azərbaycan və rus dillərində çap edilib. Olaylar.az bildirir ki, nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb.
"Məşhurlarla görüş" layihəsində bu dəfə Rəşad Məcid
Yanvarın 26 - da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Məşhurlarla görüş" layihəsinin budəfəki qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olacaq.
Elton Con açıqladı
Dünya şöhrətli müğənni Elton Con karyerasını sona çatdırmaq niyyətindədir. 70 yaşlı ifaçı 50 illik sənətini xəstəliyi səbəbi ilə tamamlamaq istəyir. Bildirilir ki, ötən il Con 2 gün terapiya şöbəsində qalmaqla ümumi 12 gün xəstəxanada qalıb.
Zülfiyyə Leyla Əliyevanın şeirinə yazılan mahnı oxudu
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə mahnı bəstələnib. "Услышьте Бога” adlanan mahnının musiqisini Nigar Həbibova bəstələyib.
Azərbaycanlı rəssamdan Maradonaya SÜRPRİZ - VİDEO
"Mənə demişdi 16 yaşımda oliqarxa ərə getmişəm" - Xalq artisti - VİDEO
ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan Xalq artisti Zöhrə Abdullayeva maraqlı açıqlamalar verib. O, İlhamə Quliyeva ilə aralarında olan anlaşılmazlıqdan bəhs edib: "Onunla heç əlaqəm yox idi. İllərlə görməzdim, görəndə də salamlaşmazdım. Xasiyyəti xoşuma gəlməzdi.
“Cocuqlar Duymasın” serialının məşhur aktyoru Musiqili Teatrda
Qurumun Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcanı teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Telli şaqqanaq çəkib güldü: efiri tərk etmək məcburiyyətində qaldı - VİDEO
Dünən "5/5"in qonağı olan aşıq Tellinin efirdə şaqqanaq çəkib gülməyi canlı yayıma damğa vurub. Zaur veriliş üçün xüsusi olaraq Amaniyadan gətirdikləri aparat barədə qonaqlarına məlumat verib. İnsanın xarakterini təyin edən aparata əlini qoymayacağını deyən Telli Teymur əminin "Telli, gəl ikimiz də qoyaq" sözləri qarşısında özünü gülməkdən saxlaya bilməyib.
Həyat yoldaşı xalq artistinin arxivini muzeyə təhvil vedri
Azərbaycanın tanınmış pianoçusu, Xalq Artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib. Muzeydən Olaylar.az – a bildirilib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.
Dar, qısa geyimdə elə rəqs etdi ki -VİDEO
Dünən "Sayqa ilə bu axşam" verilişinin qonaqlarından biri açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan müğənni Afaq Aslan olub. Verlişin aparıcısı Sayqa Cahid Afaqdan davulçunun müşayiəti ilə rəqs etməsini istəyib. Təkliflə razılaşan Afaqın dar, qısa geyimi ilə etdiyi rəqsini görən verilişin digər qonağı Fərda Xudaverdiyev utandığından başını qaldıra bilməyib.














