Mədəniyyət

"Anar "vorzakon"lara göstəriş verib ki, məni zorlasınlar" - keçmiş arvadı

23 Yanvar 2018 18:21

"Anar 10 nəfər "vorzakon" toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun". Bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib. "Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib. Onlara deyib ki, tələ qurulsun, məni tələyə salsınlar. O da həmin şəkil və videoları mətbuata yaysın, məni biabır eləsin. Bu, birinci dəfə deyil. Bu adam dəfələrlə xüsusi adamlar tutub, onları öyrədib ki, mənimlə sevgili olub, şəkil və videomu çəksinlər, amma alınmayıb. 

Fatimə Xatundan küsdü, qardaşını işdən çıxardı

23 Yanvar 2018 18:20

Son günlər müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətıliyeva arasındakı qalmaqal gündəmdən düşmür. Xatun Fatimənin onun ideyasını oğurladığını demişdi. Müğənni Yeni ildə etdirdiyi fotosessiyanın eynisini rəqqasənin də etməsindən gileylənib. Xatunun bu addımı Fatimənin salonunda çalışan stilist qardaşı Balaşın başında çatlayıb. Belə ki, Fatimə Balaşı işdən çıxarıb. Rəqqasə bu etirafı "Hər şey daxil" verilişində edib. O bildirib ki, artıq Xatunla dostluqları bitib və düşmənə çevriliblər:

Uşaqlar üçün müsabiqə - “Şəhid şəhər”

23 Yanvar 2018 15:58

Bakıda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. Rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

“Kəmtərovlar ailəsi” adlı hekayələr toplusu  Türkiyə türkcəsində

23 Yanvar 2018 13:43

Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyindən verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.

Röya Ayxanın Aygün Bəylərə qarşı şikayəti əsasında məhkəmə başlayıb

23 Yanvar 2018 13:05

Bu gün Səbail rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb. Hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda anket məlumatlar dəqiqləşdirilib. A. Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Tağıyevin imzası olan FOTO - ŞƏKİL

23 Yanvar 2018 12:52

Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin foto-şəkli hədiyyə edilib. Olaylar.az bildirir ki, bəhs edilən foto-şəkli Muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.

Tanınmış modelyerin yeni kolleksiyası

23 Yanvar 2018 07:00

Tanınmış modelyer Fikrət Əliyev Bakıda yeni geyim kolleksiyasını təqdim edib. Dəfilədə modelyerin 20-dək yeni işi nümayiş olunub.

Muzeyin yeni məqalələr toplusu işıq üzü gördü

22 Yanvar 2018 19:57

 “Milli Azərbaycan Tarixi Muzeyi-2017” adlı məqalələr toplusunun növbəti nömrəsi çapdan çıxıb. Olaylar.az bildirir ki, nəşrdə muzeyin əməkdaşlarının vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika və sənətşünaslıq sahələri üzrə 40-dan artıq araşdırma yazısı yer alıb.

Müğənni Dilbər: "Atama dedilər, qızın erotik filmlərə çəkilir, öldür, namusunu təmizlə" 

22 Yanvar 2018 15:44

Türkiyənin tanınmış müğənnisi Dilbər Ay son verdiyi müsahibəsi ilə diqqət çəkib.   10 gün sonra yeni albom çıxaracağını elan edən müğənni adına görə çətin günlər yaşadığını dilə gətirib. Belə ki, onun adaşı porno aktrisa olub və əxlaqsızlıqda ad çıxarıb. Bu səbəbdən çoxları müğənnini əxlaqsız qadınla səhv salıb.

Yenə könlüm Kəlbəcərə tələsir

22 Yanvar 2018 15:25

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayon sakini, 1984-çü il təvəlüdlü Elşad İbrahimovun "Aşıq Şəmşir" Mədəniyyət Ocağının dəstəyi ilə işıq üzü görən "Yenə Könlüm Kəlbəcərə tələsir" adlı kitbının təqdimatı, həmçinin Elşadın Kəlbəcərli gənçlərlə görüşü təşkil edilib. 

“Bu Şəhərdə”nin konsertində daha bir bilet qalmaqalı

22 Yanvar 2018 14:30

“Bu Şəhərdə”nin bu ilin mart ayında keçiriləcək “Gəlin” adlı konserti ilə bağlı daha bir bilet qalmaqalı yaşanıb. Bu barədə Bakı şəhər sakini Fəridə Cavadlı yanvarın 16-da “Gənclik Mall”da yerləşən “iTicket” şirkətinə məxsus kassadan 240 manata aldığı 3 bileti bir neçə saat sonra qaytarmaq və ya dəyişmək istəsə də, bunun mümkün olmadığını deyib.

“Azərbaycan Xalçası” Ensiklopediyası Nyu – Yorkun məşhur muzeyinə təqdim edildi

22 Yanvar 2018 14:07

Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan Xalçası” Ensiklopediyasının Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib.

Fotoqraflar Birlində “Açıq qapı” – Pulsuz dərs

22 Yanvar 2018 14:06

Azərbaycan Fotoqrafları Birliyi yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq pulsuz  fotoqrafiya kursları təşkil ediləcək. Olaylar.az bildirir ki, fotokursların əsas məqsədi AFB-nin 20 illik yubileyi ilə əlaqədar fotosevərlərə hədiyyə olunur. Foto kursların dərsləri AFB-nin ənənəvi “Açıq qapı” günündə  keçiriləcək. Kursun təşkilində məqsəd fotoqrafiya həvəsi olanlar, fotoqrafiya yeni başlayanlar, fotokamerası olub istifadə qaydalarını öyrənmək istəyən, sadəcə fotoqrafiya ilə məşğul olmaq üçün fotoaparat almaq arzusunda olanlara faydalı məsləhətlər veriləcək. Foto kurslarda fotoqrafiyanın tədrisini AFB-nin fotoqrafları dərs verəcək.

“Monotamaşalar paradı”na uğurla yekun vuruldu

22 Yanvar 2018 13:09

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində  nümayiş olunan monotamaşalar uğurla nümayiş olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”,  Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda “Sonluğun sonu”, Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.