Mədəniyyət
“Leyli və Məcnun” operasının 110 illiyi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, bu dəfəki nümayiş operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub. Yubiley tamaşasında Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
"O Səs Türkiyə"də azərbaycanlı qızların günü - Ailanın geyimi hadisə oldu - VİDEO
Ötən gün "O Səs Türkiyə"də "Duel" mərhələsinin seçim turu keçirilib. TV8 ekranlarında yayımlanan mahnı yarışının bu mərhələsində iştirak edən iki azərbaycanlı qız Aila Rai və Aynurə Şirinova (Hər ikisi Yıldız Tilbenin komandası) növbəti mərhələyə yüksələn tərəf olublar.
Türkiyəni məst edən azərbaycanlı çoban “O Səs Türkiyə”dən KƏNARLAŞDIRILDI - VİDEO
Sosial şəbəkələrdə azərbaycanlı çoban kimi məşhurlaşan Pərvin Səfərov "O Səs Türkiyə" yarışmasının növbəti mərhələsinə keçə bilməyib.
Kərpiclitəpə abidəsində tədqiqat işləri aparılır
Ötən il “Şahdəniz Mərhələ 2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisinə daxil Kərpiclitəpə adlı yerdə tarixi əhəmiyyətli abidə aşkar edilib. Abidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərlik etdiyi qrup tərəfindən tapılıb. Hazırda ərazidə çöl-tədqiqat işlərinin rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovunbaşçılığı altında qazıntılar davam etdirilir.
Oksana ilə Elşad Xosenin məhkəməsi başlayır
Bu gün Binəqədi rayon Məhkəməsində keçmiş həyat yoldaşı, rəqqasə Oskana Rəsulovanı döyərək xəsarət yetirməkdə təqdirləndirilən məşhur reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu gün ilkin hazırlıq iclası keçiriləcək. E.Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. O.Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir.
Dima Bilan Nigar Camalla bağlı paylaşım etdi
Rusiyalı müğənni Dima Bilan Nigar Camalla oxuduğu dueti ilə bağlı paylaşım edib. Sənətçi “Obnimi menya” adlı mahnıya çəkilən klipi paylaşaraq onun 10 milyondan çox izləndiyini vurğulayıb.
Teatrda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
20 Yanvarla bağlı Nizami Kino Mərkəzində dəyişiklik
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib. Kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Yanvarın 20-də saat 15:00-da kinoteatrda "Nabat" filmi nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur. Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.
Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU
Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva hələ də reanimasiyadadır. Aktrisanın kürəkəni, aktyor Qurban Məsimov yenicag.az-a açıqlamasında aktrisanın həyatı üçün təhlükənin sovuşduğunu bildirib: m"Bu gün xəstəxanada Böyükxanım Əliyevanı müayinə etdilər, ciyərləri təmiz çıxdı. Exo kardioqramma da olundu. Həkimlər dedi ki, ürəyində ciddi problemlər var, müalicə olunmalıdır. Amma ağır təhlükə sovuşub. Bununla belə, hələ bir müddət də reanimasiyada qalacaq".
Oğlunun bu hərəkəti Brilliant Dadaşovanı ÖZÜNDƏN ÇIXARTDI: “Tərbiyəsiz, sən...”
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin motosiklet sürməsi anasını özündən çıxarıb. İstanbulda yaşayan Cahad Hacıyev motosiklet sürərkən çəkilən kadrları instaqramda paylaşıb. Sürət həvəskarı olan müğənninin oğlu stressini bu yolla atdığını qeyd edib. Cahadın bu görüntülərini görən anası B.Dadaşova əsəbiləşdiyini bildirib. Oğluna irad bildirən müğənni rəydə bunları yazıb:
“20 Yanvar şəhidləri” kataloqu təqdim olundu
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” kataloqunun təqdimatına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilib. Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse prezidenti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının aparat rəhbəri, məktəblilər və KİV nümayəndələri iştirak etmişdilər.
Əfşarlar dövrünə aid kitab tapıldı
AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.
Təranə Qumral Nazənini polisə verdi
Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir. Məlumata görə, bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda Nazəninin vəkili Heyrat Qarayev deyib.O bildirib ki, T.Qumral ərizəsində Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb: “Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma onun bu şikayəti araşdırılıb və əsassız olduğu üçün qəbul edilməyib”.
Rəmiş ARB efirinin qapısından niyə qayıtdı? – Video
Rəmişin heç kəslə problemi yoxdu. Bizim 1 saat vaxtımız vardı, getməliydik. Gördük verilişdə başqası ifa edir, gözləyə bilmədik deyə, qayıtdıq. Bu sözləri məşhur gitara ifaçısı Rəmişin həyat yoldaşı Gülü xanım dünən ARB TV-nin "Səhər-səhər” proqramına gəlmələri, ancaq maşından düşmədən, geri qayıtmaları ilə bağlı danışarkən deyib.
"Sovet dövründə böyümüşəm, belimdə xətkeş qırılırdı" - Nəzrin
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə "Women’s Fitness” jurnalının yeni sayı üçün obyektiv qarşısına keçib. Nəzrin özüylə bağlı sualları cavablandırıb: - Fanatlarınıza görə, cəsarətli, seksual və özünüzdən razısınız. Bu, belədir?







.jpg)






