Mədəniyyət

Zenfiranın ifası Tatlısesi ağlatdı - VİDEO

19 Yanvar 2018 09:48

Azərbaycanlı müğənnilər Humay Qədimova və Zenfira İbrahimova Türkiyədə restoranlardan birində sənətçi İbrahim Tatlısəslə bir araya gəliblər.  Zenfira görüş zamanı imperatorun repertuarından "Sana Gelen Bana Gelsin" mahnısını oxuyub. Mahnıdan təsirlənən İ.Tatlıses təsirlənərək ağlayıb.

Elza İbrahimovanın 80 illiyi qeyd olunacaq

19 Yanvar 2018 09:27

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq. Olaylar.az bildirir ki,  yubiley gecəsində respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.

“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub

19 Yanvar 2018 09:25

Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub. Olaylar.az bildirir ki, Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musiqili Teatrın növbəti həftəsonu repertuarı zəngindir

18 Yanvar 2018 19:07

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftəsonu repertuar planını açıqlayıb. Belə ki, teatrsevərlər sənət ocağında yanvarın 26, 27 və 28-i “Qafqazlı qardaşqızı”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Talelər qovuşanda”, “Meşə çaqqalsız olmaz”, “Düyməcik” tamaşalarını izləyə biləcəklər. Bu barədə Olaylar.az -a  teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova məlumat verib. Onun sözlərinə görə, “Qafqazlı qardaşqızı” və uşaqlar üçün hazırlanan “Düyməcik” tamaşaları rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Xalq artisti: "Ürəyimdə ciddi problemlər var…"

18 Yanvar 2018 16:25

Xalq artisti Yalçın Rzazadə ATV kanalında yayımlanan "Həyat" verilişinin qonağı olub. Hacı Nuran Hüseynovun aparıcılıq etdiyi proqramda sənətçi səhhəti barədə açıqlama verib.

Səidənin "Evdə qarıyaram, ona ərə getmərəm" dediyi Elarizə Elzadan GÖZLƏNİLMƏZ TƏKLİF

18 Yanvar 2018 14:55

Dünən ARB-də verilişlərdən birində qonaq olan Elariz Məmmədoğlu "Hədiyyə et özünü" adlı mahnısını ifa etdikdən sonra maraqlı təkliflə qarşılaşıb. Verilişin digər qonağı əməkdar artist Elza Seyidcahan kişi həmkarına mahnısını çox bəyəndiyini bildirib.

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini paylaşdı - VİDEO

18 Yanvar 2018 14:15

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini yutub kanalında yerləşdirib. Müğənni rəsmi yutub kanalında verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik yerləşdirib.

"Yaxşı ki, məni öldürməyiblər" - Elzanın bu açıqlaması verilişə DAMĞA VURDU 

18 Yanvar 2018 13:32

Bunu dünən "Sayqa ilə bu axşam" verilişinin qonağı olan Elza Seyidcahanaparıcının "Sosial şəbəkələrdə geyiminiz və yazdığınız şeirlərin tənqid olunmasına münasibətiniz necədir?" sualına cavab verərkən deyib. 

Pərvin Abıyeva və Tunay Əliyevanın məhkəməsi başladı

18 Yanvar 2018 13:10

Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası başlayıb.

Vəfa Zeynalova elə dəyişildi ki.... FOTOLAR

18 Yanvar 2018 13:07

Əməkdar artist Vəfa Zeynalova görünüşündə bir xeyli dəyişiklik edib. Zeynalova yeni görünüşdə olan şəkillərini "İnstagram"da səhifəsində paylaşıb. 

Dilçilər söz yarada bilərmi?

18 Yanvar 2018 12:46

Orfoqrafiya lüğəti ilə bağlı mübahisələr davam edir... Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı yazıçılara müraciət edib.

Manaf Ağayevdən Fədayənin ailəsi ilə bağlı şok fakt - Video

18 Yanvar 2018 11:59

Hazırda həbsdə olan Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır. Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Hər şey daxil” verilişində söyləyib. “Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm.

“20 Yanvar şəhidləri” kataloqu hazırlanıb

18 Yanvar 2018 09:30

AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu elm müəssisəsinin materialları əsasında “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb. Olaylar.az bildirir ki, muzey xalqımızın qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini davam etdirir. Hazırda qeyd olunan faciə ilə bağlı 300-dən artıq eksponat muzeyin müvafiq fondlarında qorunur.

“Mənim günahım” yenidən səhnədə 

18 Yanvar 2018 09:25

Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə təqdim olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az  - a məlumat verilib ki, səhnə əsərində bu dəfə Nurcahan rolunu Əməkdar Artist Nərgiz Kərimovanın ifa edəcək. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını uzun illər Xalq Artisti Şükufə Yusupova canlandırıb.