Mədəniyyət

Aleksey Beqovun fərdi sərgisində Leyla Əliyevaya hədiyyə verildi - FOTOLAR

18 Yanvar 2018 09:14

Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib. Həyat, ölüm, sevgi, xəyanət... Əbədi və dəyişməz mövzular...

Xalq artisti vəfat etdi

17 Yanvar 2018 18:29

Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. Bu barədə rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib. Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.

Könül Xasıyevanın həyat yoldaşı kimdir? - SENSASİYALI MÜSAHİBƏ - VİDEO

17 Yanvar 2018 17:59

Məşhur “Səni axtarıram" verilişinin aparıcısı Ucnoqta.az saytının və qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı xalq artisti Könül Xasıyevanın evini ziyarət edib.

Brilliant Dadaşova İlhamə Quliyeva ilə bağlı SİRRİ AÇDI - VİDEO

17 Yanvar 2018 15:36

“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox idi”. Bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib.

Canlı yayımda GƏRGİNLİK: əməkdar artistin əsəbdən gözü yığıldı - Beynimi xarab etməyin

17 Yanvar 2018 14:07

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib. "Bizimləsən" verilişində üzləşdirilən hər iki tərəfin məhkəmə yolu ilə aralarındakı problemi həll etməyi seçmələri əməkdar artist Elnarə Abdullayevanı özündən çıxarıb. Bu an verilişin aparıcısı Zaur Baxşəliyevlə Elnarə Abdullayeva arasında gərginlik yaşanıb.

“Cəza” Beynəlxalq Festivala hazırlaşır

17 Yanvar 2018 13:43

Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə növbəti səfərə hazırlaşır. Olaylar.az bildirir ki, yanvarın 18 – dən 25 – dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən “Fəcr”  Beynəlxalq Teatr Festivalında teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə Tehran şəhərinə yola düşəcəkdir.

7 saat ərzində 3 əməliyyat keçirən Əməkdar artistin SON DURUMU

17 Yanvar 2018 13:31

Xəbər verdiyimiz kimi, Əməkdar artist Coşqun Rəhimov dünən eyni vaxtda 3 əməliyyat keçirib. Aktyorun qabırğasından ximirçək götürülərək burun nahiyhəsinə yerləşdirilib, burundakı kista təmizlənib, həmçinin burun çəpərinin əyriliyi aradan qaldırılıb. 7 saat davam edən əməliyyat uğurla başa çatıb.

Milli Qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olundu

17 Yanvar 2018 11:02

Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir.

“Pepee – Sevmək zamanı” musiqili interaktiv yeni tamaşa

17 Yanvar 2018 09:08

Azərbaycan Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində - martın 17-də “Pepee – Sevmək zamanı” musiqili interaktiv yeni tamaşa göstəriləcək. Türkiyənin ilk milli cizgi filmi qəhrəmanı Pepee tam yeni mahnıları ilə görüşə gəlir. Yaşından asılı olmayaraq hər kəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee mahnılı və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərəcək.

Xalq artisti: “Bu dəfə komediya olmayacaq”

16 Yanvar 2018 18:50

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova  bu dəfə səhnəyə  tamaşaçıların adət etmədiyi tərzdə, fərqli ampulada, daha ciddi və dramatik bir  obrazda  çıxacaq.

Milli Qəhrəmanlar yad edildilər

16 Yanvar 2018 17:08

Yanvarın 16-da  Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Teatrda yeni tamaşa - “Çeburaşka”

16 Yanvar 2018 16:42

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Olaylar.az bildirir ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.

“Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasim keçiriləcək

16 Yanvar 2018 16:28

Yanvarın 18-də saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi keçiriləcək. “OLAYLAR” nazirliyə istinadənb xəbər verir ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin, “PAŞA Həyat Sığorta” ASC-nin və “SILK WAY GROUP” Şirkətinin dəstəyi ilə “IRS Publishing House” nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində işıq üzü görüb. Kitabda Qarabağın tarixi – Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövr əhatə olunub.

Xalq artisti xəstəxanaya yerləşdirildi

16 Yanvar 2018 15:56

Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib. Bu sözləri  açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib. Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: “Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək”.

"Bu şəhərdə"nin Coşqunu da xəstəxanaya yerləşdirildi: Əməliyyat olunur

16 Yanvar 2018 15:49

"Bu Şəhərdə"nin üzvü, aktyor Coşqun Rəhimov rinoplastika estetik əməliyyatı üçün xəstəxanaya yerləşdirilib. Əməliyyat saat 12-yə işləmiş başlayıb və minimum 18:00, maksimum 19:00-da bitəcək.