Mədəniyyət

Natavan əsəbiləşdi: "Dürüstlük başınız üçün deyil..."

16 Yanvar 2018 14:24

"İncə"sənət - sən nələrə qadir imişsən. Vallah dəyməz... İnsanlıq dəbə minənə qədər onda gözləyək. Birgə yeyilən çörəyə hörmət qoyulana qədər gözləyək...". Bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi ilə bağlı Kərim Abbasovun dediyi "İçi kinlə doludur" kəlməsi qarşı tərəfi özündən çıxarıb.

Ramiz Mehdiyevin kitabı MEK-ə daxil oldu

16 Yanvar 2018 14:19

AMEA Mərkəzi Elmi Kitabxanasına Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyinə həsr olunmuş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitab daxil olub. Olaylar.az bildirir ki, kitabın ideyasının, ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikasının Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən AXC-nin 100 illiyinə töhfə olaraq hazırlanıb.

Lütfi Zadənin prototipi qələmə alındı

16 Yanvar 2018 14:16

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimzdə mütaliəyəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub.

Əli Mirəliyevdən şok açıqlama

16 Yanvar 2018 13:51

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib. Müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır: “Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə.

Azərbaycanlı müğənni dəlicəsinə sevdiyi kişidən ayrılıb

16 Yanvar 2018 13:47

Bu gün "Səhər-Səhər" verilişinin qonağı olan Sevda Yahyayeva cəsarətli etirafları ilə diqqət çəkib. Elgizin müğənni xanıma qəfil ünvanladığı "Heç həyatında ürəkdən, dəli kimi sevdiyin məqam olub?" suala Sevda soyuqqanlılıqla cavab verib.

Çingiz Sadıxovla vida mərasimi başladı

16 Yanvar 2018 12:28

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb. Dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.

Rafel İsgəndərov əməliyyat olundu

16 Yanvar 2018 11:34

Əməkdar artist Rafael İsgəndərov əməliyyat olunub. "Bu şəhərdə”nin instaqram səhifəsində Rafael İsgəndərovun xəstəxanada olan görüntüləri paylaşılıb. Aktyorun səhhətinin hazırda yaxşı olduğu yazılıb: “Yüngül əməliyyatdan sonra hər şey keçdi. Dostlara təşəkkürlər”. 

Sarayda möhtəşəm tamaşa nümayiş olunacaq

16 Yanvar 2018 10:31

Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Xalq artisti sabah dəfn olunacaq

15 Yanvar 2018 16:49

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat yayıb.

“O Səs”də Türkiyəni heyran qoyan Ozan Əhmədov DANIŞDI: “Qazaxlıları ağlatmaq...” - VİDEO

15 Yanvar 2018 15:58

“Biz qazaxlıları ağlatmaq ümumiyyətlə, kimsənin başı üçün deyil”. Bu sözləri “O Səs Türkiyə”nin dünənki buraxılışında göz yaşlarına hakim ola bilməyən Ozan Əhmədov deyib: “Ötən günlər yada düşdü. İlk sevgi bilirsiniz ki, unudulmur. Uzun illərdir ki, görüşmürük. Lakin bilirəm ki, verilişi izləyibsə, məni tanıyacaq. Toyu olmalıdır, ona xoşbəxtlik arzu edirəm. Qəlbimdəki sevgi mənə bəs edir”.

Vasif Məhərrəmlinin Qazaxdakı dəbdəbəli evi - VİDEO

15 Yanvar 2018 14:54

"Evdəkilərə salam" verilişinin qonağı bu dəfə Vasif Məhərrəmli olub. Sənətçi proqram heyətini Qazaxda yerləşən evində qonaq edib. O ata ocağını özü tikib düzəltdirdiyini söyləyib: "Kənddə bu şəraiti yaratmaq gözəldir.

Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru TÜRKSOY-un xüsusi medalı ilə təltif olunub

15 Yanvar 2018 13:06

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY-un xüsusi medalı ilə təltif olunub.

İlin ilk tamaşası nümayiş olundu

15 Yanvar 2018 12:23

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - “Qətibə İnanc”ı tamaşaçılara təqdim edib. İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

“Ən yaxşı bədii film” mükafatına layiq görüldü - "Çölçü"

15 Yanvar 2018 11:54

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Cult critic movie awards” bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.