Mədəniyyət
Azərbaycanlı iştirakçı "O səs Türkiyə"də sevdiyi qız üçün ağladı - VİDEO
"O səs Türkiyə"nin ikinci turundan növbəti buraxılışı yayımlanıb. Axşam.az-ın məlumatına görə, Hadisənin komandasında olan həmyerlimiz Ozan Əhmədov Çingiz Kurtoğlunun repertuarından "Duyanlara Duymayanlara" mahnısını səsləndirib.
Röya Sevil Əliyeva ilə görüşdü - Fotolar
Əməkdar artist Röya Ayxan prezident İlham Əliyevin bacısı Sevil Əliyeva ilə görüşüb. Sənətçi bu görüşdən fotoları İnstaqramda paylaşıb. Röya həmçinin xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və teleaparıcı Hacı Nuranla da şəkillərini yayıb. Müğənni fotolara "Mehriban bir gecədən sevimli insanlarımla” şərhini yazıb.
"Fərhad o rola daha çox yaraşırdı. Turabov Nəbini bir az ağır oynadı"
Hər dəfə “Azərbaycanfilm” kinostudiyasına gedib, üçüncü mərtəbəyə qalxanda o otağın yanından keçib, içəri gözucu da olsa baxmamaq mümkünsüzdür. Qapısı hər zaman açıq olur... Bunun özü belə insana enerji verir, kinostudiyanın səssiz, sakit, qaranlıq dəhlizini işıqlandırır. Bura qrim rəssamlarının işçi otağıdır. Qızğın söhbətlərin, xatirələrin, zarafatların və neçə-neçə filmlərin qrim hazırlıqlarının aparıldığı məkandır. Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış qrim ustası, 50-yə yaxın bədii, sənədli filmdə çalışmış Elbrus Vahidovla görüşümüz bu məkanda baş tutacaqdı.
Elzanın anası: "Ona şeir yazmağı qadağan etmişdim"
Əməkdar artist Elza Seyidcahanın anası qızı haqda açıqlama verib. O, “Lider maqazin”ə açıqlamasında bildirib ki, övladına şeir yazmağa bir vaxtlar qadağa qoyub:
Sevil Əliyeva Ajda Pekkanın konsertində - FOTO
Muğam Mərkəzi yeni möhtəşəm “Aşıq musiqisi axşamları” adlı layihə təqdim edildi
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verildi. Layihə çərçivəsində “Koroğlu”ya qayıdaq” konsert-tamaşa keçirildi. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Olaylar.az bildirir ki, “Koroğluya qayidaq” adlı tədbirdə “Koroğlu”dastanının “Koroğlu və Dəli Həsən”, “Koroğlunun İstanbul səfəri”boyları əsasında qurulmuş səhnələr tamaşaçılıara təqdim olunub.
Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib
Yanvarın 12- də Kaliforniyanın San Xose şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.
Milli İncəsənət Muzeyi hər kəsi dəvət edir…
Azərbaycan Milli İncəsənət Muzeyi ilin ilk ayında hər kəsi - uşaq və böyükləri maraqlı və əyləncə dolu tədbirlərə qoşulmağa dəvət edir. Muzeydən Olaylar.az -a bildirilib ki, sənət ocağının yanvar ayına nəzərdə tutulan tədbirlər planına çoxsaylı rəsm sərgilərinin və maraqlı proqramların təşkili daxildir. Belə ki, ziyarətçilər muzeydə “Azərbaycanın ipək xəzinələri” adlı sərgi ilə yanvarın 15-də tanış ola biləcəklər. Eyni zamanda, qarşıdakı günlərdə tarixçi Rizvan Hüseynovla 20 Yanvar hadisələrinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulur.
“Nar bağı” Bolqarıstanda nümayiş olunacaq
“Nar bağı” bədii filmi Bolqarıstanda keçirilən 10-cu Sofia MENAR Film Festivalında nümayiş olunacaq. Filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Ajda Pekkanın Bakı gəzintisi - fotolar
Türkiyəli müğənni Ajda Pekkan artıq iki gündür Bakıdadır. Məlumata görə, ifaçı paytaxtımıza “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə gəlib.
Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi -ŞOK SƏBƏB
Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb. Məlumata görə, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.
Azərbaycan təmsilçiləri festivalda birincilik qazanıb
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və “Milad Ulduzları - 2018” festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival “Şəhərlərin Həyatı” Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib. “OLAYLAR” Nazirliyə istinadən xəbər verir ki, festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb.
“Oyuq”çular yaşıdlarını sevindirdilər
Yanvarın 12- də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrın bir qrup aktyoru və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular. Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı.
Filmimiz “Bronx World Cinema” film festivalında
Yanvarın 12- də ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” adlı film festivalına start verilib. Yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək
Estetik əməliyyatla tanınmaz hala düşən Xalq artistindən SƏRT SÖZLƏR: "Axı kimin..." - VİDEO
Xalq artisti Amaliya Pənəhova bütün estetik əməliyyatları sənəti və tamaşaçıları üçün etdiyini deyib. ARB TV-nin "Günə son" verilişinin qonağı olan Xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib: "Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Dişlərini düzəltdirən insanlara deyirsiniz ki, niyə etmisən? Axı kimin nə ixtiyarı var ki, müəllimə, ictimai xadimə, aktyora üzünə nə etmisən desin? Bəyənmirsənsə, baxma, üzünü çevir".


.jpg)








.jpg)


