"Məşhurlarla görüş" layihəsində bu dəfə Rəşad Məcid
Yanvarın 26 - da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Məşhurlarla görüş" layihəsinin budəfəki qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olacaq.
25 Yanvar 2018 09:52 MədəniyyətYanvarın 26 - da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Məşhurlarla görüş" layihəsinin budəfəki qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olacaq.
Olaylar.az bildirir ki, görüş saat 12:00-da Səbail rayon MKS-nin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) baş tutacaq.
Qeyd edək ki, artıq ənənə halını almış "Məşhurlarla görüş"lərdə Musa Yaqub, Məhərrəm Qasımlı, Vahid Əziz, Ağaəli İbrahimov kimi bir çox tanınmış simalarla maraqlı tədbirlər keçirilib.