Numizmat alimin yeni kitabı
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabı (Bakı, 2017, 184 səh.) Azərbaycan və rus dillərində çap edilib. Olaylar.az bildirir ki, nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb.
25 Yanvar 2018 09:58 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., professor Əli Rəcəblinin "Sikkə və dövlətçilik" adlı kitabı (Bakı, 2017, 184 səh.) Azərbaycan və rus dillərində çap edilib.
Olaylar.az bildirir ki, nəşrin elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb. Bu əsərdə ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib. Əsər Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun materialları əsasında tərtib olunub. Nəşr numizmatika sahəsinə qiymətli töhfə, tarixçilər, siyasətçilər və numizmatlar üçün dəyərli tədqiqat işidir.