Mədəniyyət

Sevil Sevinc bacıları: " Natavan özündən razı, Damla isə paxıldır" 

28 Mart 2018 16:55

Sevil və Sevinc Səfərova bacıları verilişlərin birində qonaq olublar. Məlumata görə, əkizlər həmlarları haqda qalmaqala səbəb olacaq açıqlamalar verib. Belə ki, onlar həmkarlarının mənfi cəhətlərindən danışıblar.

“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib

28 Mart 2018 15:44

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib.

Məşhur nağıl yeni quruluşda

28 Mart 2018 15:38

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır. Olaylar.az bildirir ki, teatr uşaqlara yeni quruluşda “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasını  təqdimedəcək. Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. 

Sevil-Sevinc bacıları Rusiyaya toya neçəyə gedir? - Qiymət

28 Mart 2018 13:49

Şou-biznes nümayəndələri tez-tez Rusiyada baş tutan toy məclislərinə dəvət alırlar. Məlumata görə, onların həmin dəvətlərdən nə qədər qonorar alması hər kəsə maraqlıdır. Müğənnilər Sevil və Sevinc Səfərovalar “O başdannan” verilişində sənətçilərin sirrini açıb.

Nərgiz Kərimova Azərbaycanı təmsil edəcək

28 Mart 2018 12:38

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə aprelin 4- də  Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Atasını "öldürən", qəbirdə ayılan xalq artisti - ŞOK FAKTLAR- VİDEO

28 Mart 2018 12:33

Xalq artisti, mərhum Gülşən Qurbanova həyatı və yaradıcılığı ilə diqqət mərkəzinə düşən sənətkarlardan biridir. Onun müəmmalı ölümü də həyatının ən sirli məqamlarından sayılır.

Tünzalə Ağayeva atasının ölümündən yazdı

28 Mart 2018 12:22

2 gün əvvəl atasını itirən əməkdar artist Tünzalə Ağayeva ürək sözlərini instaqramda yazıb. Müğənni valideynlərə həsr olunmuş “Qoşa qanad” mahnısına çəkilən klipini sosial şəbəkədə paylaşıb və fikirlərini belə ifadə edib: “Mənim və ailəmin üzüntüsünü paylaşan hər kəsə könüldən minnətdaram. Allah sizdən razı olsun, yaxşı ki, varsız... Qoşa qanadlarımızın dəyərini onlar sağ ikən bilək”.

Teatrda “Bir, iki – bizimki!”  

28 Mart 2018 11:43

Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə, yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, “Bir, iki – bizimki!” Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır.

“Söz” ədəbiyyat layihəsi çərçivəsində növbəti tədbir 

28 Mart 2018 10:00

Gənc, istedadlı ədiblərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Söz” ədəbiyyat layihəsinin direktoru, şair Nigar Həsən-zadənin təşkilatçılığı ilə növbəti ədəbi-bədii gecə keçiriləcək.

“Sərhədsiz teatr” yenidən Azərbaycana gəlir

27 Mart 2018 20:45

Mayın 12-də Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” üçüncü Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunacaq.

Tələbələr Mir Cəlal Paşayevin “Xatirələr”ini hazırlayır

27 Mart 2018 20:30

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” Tələbə Dram Dərnəyində yeni tamaşa hazırlanır. Ölkə Prezidentinin görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Fondun təşəbbüsü ilə ədibin hekayələri motivində səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Prezidenti dəstəkləyir

27 Mart 2018 20:27

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sahəsinə göstərdiyi qayğıdan danışıb. Seçkilər ərəfəsində ölkə başçısının namizədliyinin kollektiv tərəfindən dəstəkləndiyini bildirərək Prezidentin ölkədə mədəniyyət sahələrinə və teatrın inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncamları diqqətə çatdırıb: "Azərbaycanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə demokratik və şəffaf seçkilərin təmin olunması üçün həmişə olduğu kimi lazımı şərait yaradılıb. Seçki kampaniyasında çoxsaylı ictimai-siyası təşkilatlarla yanaşı, ölkədə fəaliyyət göstərən yaradıcılıq birlikləri də yüksək səviyyədə iştirak edir.

Təbriz Teartı yenidən Musiqili Teatrda

27 Mart 2018 20:25

Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakıyla 27 və 30 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı olacaq. Olaylar.az bildirir ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz Bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.