"Unudulmayanlar" layihəsində  Həqiqət Rzayeva anılacaq

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni iri-miqyaslı layihə  təqdim edir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni iri-miqyaslı layihə  təqdim edir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Olaylar.az bildirir ki, aprelin 6-da layihə çərçivəsində görkəmli xanəndə, Azərbaycanın xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş gecə keçiriləcək. Həqiqət Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. O, Azərbaycan vokal ifaçılığı tarixində özünəməxsus yeri olan sənatkardır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev)  rolunun ilk qadın ifaçısıdır. Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. Muğamlarımızın və xalq mahnılarımızın mahir ifaçısı olub,uzun illər pedaqoji fəaliyyətlə  də məşğul olub, mugamdan dərs deyib.

Qeyd edək ki, "Unudulmayanlar" layihəsi çərçivəsində keçiriləcək gələcək tədbirlərin tarixləri: 14 may - Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbülə, 12 iyun - müğənni-xanəndə, Azərbaycan xalq artisti Sara Qədimovaya həsr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31