Mədəniyyət

"Vətənim Azərbaycan"adlı yeni möhtəşəm layihə - Muğam Mərkəzi

29 Mart 2018 14:30

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarını və onların əsasında yaranmış xalq mahnılarını geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.  

Röya ilə əkizlər arasında nə baş verir? - QALMAQAL

29 Mart 2018 14:17

Müğənnilər Sevil və Sevinc Səfərovanın uzun müddət dost olduqları prodüser Tarix Əliyevlə (Tolik) küsülü olduğu ortaya çıxıb. Buna səbəb isə əməkdar artist Röya Ayxan olub. Tolikin Röyanı verilişə çağırmasına əkizlər əsəbiləşib.  Bu haqda Tolik "Hər şey daxil" verilişində deyib. O, müğənniləri qeyri-səmimilikdə ittiham edib: "Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar.

Daim  sənətin  zirvəsində  olasınız, böyük  sənətkar...

29 Mart 2018 13:28

Görkəmli  muğam  ifaçısı, Respublikanın  xalq  artisti  Arif  Babayevin  80  yaşı  tamam  oldu. Onun  musiqi  və  muğam  sənətində  əvəzolunmaz  xidmətləri  var. Böyük  sənətkar, mahir  muğam  ifaçısı  kimi, təkcə  doğma  Azərbaycanda  deyil, bütün  Şərq  və  Türk  ölkələrində  məşhurdur.

Sarayda bir ilk -  “Rock Hits Show” konserti

29 Mart 2018 13:06

Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək.

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü gördü

29 Mart 2018 12:05

Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını və həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb. Turkustan.info xəbər verir ki, iki illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunub. Əsər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.

Musiqili Teatr aprel repertuarını açıqladı

29 Mart 2018 11:51

Azərbaycan Dövlət Musiqili Teatrının aprel repertuarı maraqlı tamaşalarla zəngindir. Olaylar.az  teatrın repertuarını təqdim edir:

Azərbaycan kinosunun 120 illiyi sərgilərdə

29 Mart 2018 11:42

Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

"Bunu səndən gizlədirlər"- Əməkdar artistə falçıdan QORXUNC PROQNOZ  

29 Mart 2018 11:30

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova illər öncə qaraçı qadının ona dediklərini xatırlayıb.

Məşhur modelyer Xalq artistinin klipinə çəkildi 

29 Mart 2018 10:48

Aygün Kazımova yeni klipini təqdim edib. Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipləşdirib. Sözləri Gülağa Tənhaya aid olan mahnı modern aranjimanda hazırlanıb. Bəstə isə bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

29 Mart 2018 10:36

Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris, qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır. Bu konseptə görə elm, texnologiya, mühəndislik və riyaziyyatın “toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və proyektlər vasitəsiylə öyrədilməsi nəzərdə tutulur. Muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru f.ü.f.d. Şəmil Sadiq, liseydə 200 kv.m. sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını bildirir.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradıldı

29 Mart 2018 08:56

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu tərkibində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.