Mədəniyyət
Daha bir filmimiz Kann festivalına təqdim olundu
“Şollerin arxivi” bədii filmi 71-ci Kann filmi festivalına təqdim olunub. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a deyib ki, festivala martın 5-də filmlərin qəbulunun dayandırılmasına baxmayaraq, “Şollerin arxivi”ni apreldə qeydə alıblar. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını da özləri ödəyib. Rejissor bildirib ki, filmin çəkilişləri 11 ay davam edib. Triller janrında lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nagiyevdir.
Yeni tamaşa hazırlanır - Gənc Tamaşaçılar Teatrında
Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanovadır.
Muzeydə "Tətilə gedin" - Vintaj poster sərgisi
İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış "Tətilə gedin!" adlı Vintaj poster sərgisini təqdim edir: Aprelin 13- də saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışı olacaq. Olaylarr.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.
Milli Kitabxana treninqlərə başlayıb
“ALİSA” Elektron Kitabxana Sisteminin və innovasiyaların kitabxanalara tətbiqi ilə əlaqədar bir sıra rayon kitabxanalarının əməkdaşları üçün aprelin 12-dən 18-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında treninqlər başlayıb.
Röyanın keçmiş əri: "Yalnız oğluma görə..."
Anar Cəlilov keçmiş həyat yoldaşı Röya Ayxanın fikirlərinə münasibət bildirib. A. Cəlilov Röya ilə boşanandan sonra nəinki münasibət qurmaq, heç telefonla da əlaqə saxlamadığını deyib: "Yalnız oğluma görə, görüş olub. Amma şəxsi münasibətimiz yoxdur. Özü ilə görüşməmişəm, hətta telefonla da danışmamışam boşanandan sonra. Buna görə onun fikirləri həqiqətdən uzaqdır".
"Balaların, ailən pərişandır" - Nazənin ölən qardaşından yazdı
Xəbər verdiyimiz kimi, müğənni Nazəninin qardaşı dünyasını dəyişib. Sənətçi bununla bağlı paylaşım edib. O, hazırda pis olduğunu vurğulayıb: "Heyf sənə, qardaşım, çox heyf... Yerin cənnət olsun.
“Şah Qacar” yenidən səhnədə
Aprelin 13-də Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.
Azərbaycanlı tarzən məşhur müğənnini müşayət etdi
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində ölkənin ən böyük konsert salonlarından olan Əl-Məcaz amfiteatrında məşhur Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusifin Şərq dünyasının tanınmış musiqiçiləri ilə birgə konserti olub. Beş min tamaşaçının izlədiyi konsertdə Hindistan, Suriya, Livan, İran, Türkiyə və digər ölkələrdən olan musiqiçilərlə yanaşı, ölkəmizi Əməkdar Artist, tarzən Sahib Paşazadə təmsil edib. Layihədə Sami Yusifə məxsus 27 mahnı səslənib.
Damla da tac qalmaqalına qoşuldu
Prodüser Tolik ( Tarix Əliyev ) xalq artisti Nazpəri Dostəliyevadan sonra müğənni Damlanın ( Mənsumə ) başına tac qoyub. Məlumata görə, prodüser bildirib ki, onun bu addımı müzakirəsiz ötüşməyəcək: “Bunu ürəyim istədi etdim.
Azərbaycanlı finalçılar “Sinemanın Kral və kraliçası” SEÇİLMƏDİLƏR
İstanbulda keçirilən Türkiyənin məhşur “Sinemanın Kral və kraliçası” layihəsinin 2018-ci ilin finalçıları bəlli olub. Tanınmış sənətkarların və peşəkarların münsifliyi ilə baş tutan Qala gecəsində Türkiyənin Anadolu liseyinin tələbəsi 18 yaşlı Can Altıntaş “Kral”, 20 yaşlı Aslı Can isə “Kraliça” adını qazanıb.
Zeynəb Xanlarova İlham Əliyevin qələbəsini belə qeyd etdi - VİDEO
Mediadan uzaq gəzən xalq artisti Zeynəb Xanlarovanın yeni vidosu yayılıb. Görüntüdə Z.Xanlarovanın prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsini qeyd etməsi yer alıb. Sözügedən videonu aparıcı İlhamə Bədəlova sosial şəbəkədə paylaşıb.
"Bəxt üzüyü"nün Sarası TANINMAZ HALDA - VİDEO
Anar Ağakişiyev bu dəfə "Bəxt üzüyü" filminin Sarası kimi tanınan, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyevanı makiyajla gözəlləşdirib. Tanınmış makiyaj ustası Gülşad Baxşıyevanın makiyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb:
Rusiyalı sualtı arxeoloqlar Tarixi Muzeyində
Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mədəni irsin tədqiqi sektorunun müdiri, t.ü.f.d. Kamil İbrahimov müşayiət edib. İlk olaraq muzeyin ekspozisiyası ilə tanış olan rusiyalı sualtı arxeoloqlar daha sonra bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.
Zamiq toyundan danışdı: “Çəkiliş olmayacaq” - VİDEO
"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub. Müğənni ilk olaraq artıq subaylığın daşını atacacağından danışıb: "Mən həmişə demişəm ki, olsa da gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun. Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan".
Əməkdar artistin qızı onları polisə verdi
Bu ay iki sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə... Çox şükür ki, tək özü yox, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və ailəm həmişə suyu belə üfürə-üfürə içmişik.














