Mədəniyyət
İranlı Mühacirlər Cəmiyyətində yubiley tədbiri
Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvinin 65 yaşı qeyd olunub. Sözlü-nəğməli toplantını açan İMC-nin sədri Rəhim Hüseynzadə öncə bu tədbiri cəmiyyətin qadınlar təşkilatının son iki ildəki aktiv fəaliyyətini təsdiqləyən daha bir əyani nümunə kimi dəyərləndirib.
Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayı
Belarus Azərbaycan İcmaları Konqrersinin təşəbbüsü ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.
Nadir Qafarzadə: “5 milyonluq yaxta almışam”- VİDEO
ARB TV-nin "Məşhurlarla bir gün” verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.
Toppuş bacının xoşbəxt ailə tablosu
Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu - VİDEO
Aparıcısı Zaur Kamalın öz verilişində azyaşlı uşaqla davranışı birmənalı qarşılanmayıb. O, Məhəmmədəli adlı uşaqla danışmaq istəsə də, azyaşlı reaksiya vermir.
“Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı “Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib.
Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi
Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb. Məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb. F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: "Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.
Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi
Xalq artisti Aygün Kazımovanın İnstaqram səhifəsində küsülü olduğu əməkdar artist Röya Ayxanın da yer aldığı video paylaşması qalmaqala səbəb olmuşdu. Məlumata görə, videoda yer alanlardan olan müğənni Elnarə Xəlilova Kazımovaya dəstək olub.
Firuzə İbadova imicini dəyişdi - VİDEO
Əməkdar artist Firuzə İbadova görünüşündə dəyişiklik edib. Müğənninin yeni imici üzərində stilist Pərviz Mirzəyev işləyib.
Tünzalədən yeni mahnı: "Bakı-Milan" - VİDEO
Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim edib. “Bakı Milan” adlanan mahnı “Youtube” kanalında yerləşdirilib.
Emin Ağalarovun Anası ilə MÖHTƏŞƏM ƏYLƏNCƏSİ: Çox GÜLDÜRDULƏR-VİDEO
Müğənni Emin Ağalarov anası İrina Ağalarova ilə maraqlı anlar yaşayıb. İfaçı sosial şəbəkələrdən birində anası ilə ola zarafatyana dialoqunu paylaşıb. “Dovşan” təsviri ilə çəkilən videoda maraqlı görüntülər ortaya çıxıb.
“Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert
Bu ay “Gəclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək. Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Məşhur türkiyəli aktyor ailəsi ilə Bakıda - FOTO
Türkiyənin tanınmış aktyoru Atilla Şendil Bakıya gəlib. Aktyor ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində qonaq olub. Bakıya qızı və həyat yoldaşı ilə gələn Atillanın sosial şəbəkədə fotoları yayılıb.
Emin Müsəvi ailəsi ilə fotosunu paylaşdı
Aparıcı Emin Müsəvi ailəsi ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Şənbə gəzintisindən" şərhini yazıb. Fotoda Müsəvinin həyat yoldaşı Lamiyyə xanım və qızları yer alıb.
Fransanın tanınmış caz ifaçısı “YARAT”da çıxış edəcək
Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “Mugham Souls” adlı konsert proqramı təqdim olunacaq. Konsert Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə keçiriləcək.














