III Buktreyler Festivalına qəbul başa çatdı
Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təsisçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, “Azercell” və “Libraff”ın tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” adlı III Buktreyler Festivalına qəbul yekunlaşıb.
11 Aprel 2018 08:06 MədəniyyətKinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təsisçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, "Azercell" və "Libraff"ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" adlı III Buktreyler Festivalına qəbul yekunlaşıb.
Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, habelə kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın yekununa uyğun olaraq birinci və ikinci (iki nəfər), habelə üçüncü (üç nəfər) yerin qaliblərinə 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatı veriləcək. Festival haqqında www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Azsəhifəsində daha ətraflı məlumatı almaq olar.