Mədəniyyət

“Məzəli foto” nun Beynəlxalq uğuru

10 Aprel 2018 16:06

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı sona çatıb. Ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə Ukrayna, Polşa, Fransa, Rusiya, İsrail və digər ölkələr ilə yanaşı festivalda Azərbaycan da finala vəsiqə alıb. Festivalın təşkilat komitəsində yer alan “Atropatena Films Prodakşın”ın rəhbəri, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, festivala fəxri qonaq qismində dəvət olunan Arzu Mürvətova Azərbaycanı “Məzəli foto” nominasiya üzrə təmsil edib. Beynəlxalq Teatr günü festivalın rəsmi açılışında finalçı Arzu Mürvətova tərəfindən hazırlanan Bakı haqqında qısametrajlı çarx tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Həmidə Ömərova da dəyişildi- VİDEO

10 Aprel 2018 15:36

Xalq artisti Həmidə Ömərova imicində dəyişiklik etdirib. Məlumata görə, onun yeni görnüşü üzərində stilist Anar Ağakişiyev çalışıb.

Qarabağ həqiqətlərindən bəhs edən yeni film – "Son Nəfəsədək”

10 Aprel 2018 14:48

Aprelin 12 – də,  saat 19.00-da Park Cinema İMAX-da Qarabağ həqiqətlərindən bəhs edən "Son Nəfəsədək" trillerinin qala gecəsi keçiriləcək.

Mərakeş etnik musiqisi səslənəcək – Muğam Mərkəzində

10 Aprel 2018 14:48

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq.

Açıq-saçıq fotoları yayılan aktrisa: “Kişilər yazır ki, çox seksisən”

10 Aprel 2018 14:31

Cazibədar aktrisa Gülşən Hüseynli şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Əkscinsin nümayəndələri tərəfindən sevgi təklifləri aldığını deyən aktrisa onların çoxunu cavabsız qoyduğunu bildirib: "Sosial şəbəkələrdə fotomu paylaşmağımı gözləyirlər, o saat başlayırlar komplimentlərə. Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksisən, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır".

Natavandan Xatuna cavab: "Onlara pul ödəyirəm"

10 Aprel 2018 14:29

Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi “anakonda” sözünə münasibət bildirib. Məlumata görə, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır: “Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir.

Baş İdarədən yeni təyinat

10 Aprel 2018 12:42

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Allahverdiyeva Mirvari Mehdi qızı təyin olunub.

"Yoldaşı ölən vəzifə sahibləri mənimlə evlənmək istəyirlər" - VİDEO 

10 Aprel 2018 12:36

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni Mənzurə Musayeva olub.  Müğənni son zamanlar bəxtinin açılmağından söz açıb: "Son vaxtlar elçilərim çoxalıb. Bilmirəm nə məsələdir. Bəxtim açılıb.

Əməkdar artist tez-tez falçı yanına getdiyini etiraf etdi

10 Aprel 2018 12:20

Əməkdar artist Naibə Allahverdiyeva “APA TV”-nin “Show time” verilişində qonaq olub. Məlumata görə, aktrisa tez-tez falçılara getdiyini etiraf edib: “Türkiyəyə gedirdim. Amma əvvəl ekstrasenslərdən birinə müraciət etdim, ondan məsləhət aldım.

Röya boşanması barədə: "Biz kağız üzərində ayrılmışıq"

10 Aprel 2018 12:11

Əməkdar artist Röya Ayxan növbəti dəfə şəxsi həyatından danışıb. Məlumata görə, ifaçı boşandığı həyat yoldaşı Anar Cəlilovla münasibətindən söz açıb: “Biz hamımız ailəyik. Bizim övladımız var.

Şamaxı dəfinəsində maraqlı tarixi faktlar

10 Aprel 2018 11:00

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinə Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib.  21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin Bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.

“Batalyon” sənədli filmi nümayiş olundu

10 Aprel 2018 08:58

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb.

Murad da subaylığın daşını atır  - FOTO

10 Aprel 2018 08:21

Tanınmış aparıcı Murad Əzimzadə ailə həyatı qurmağa hazırlaşır. O, Müjgan adlı xanımla evlənəcək. Əzimzadənin toyu aprelin 16-sı paytaxtın dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək. Aparıcı məlumatı təsdiqləyərək bildirib: