Qarabağ həqiqətlərindən bəhs edən yeni film – "Son Nəfəsədək”

Aprelin 12 – də,  saat 19.00-da Park Cinema İMAX-da Qarabağ həqiqətlərindən bəhs edən "Son Nəfəsədək" trillerinin qala gecəsi keçiriləcək.

Aprelin 12 - də,  saat 19.00-da Park Cinema İMAX-da Qarabağ həqiqətlərindən bəhs edən "Son Nəfəsədək" trillerinin qala gecəsi keçiriləcək.

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovun sözlərinə görə, "Son Nəfəsədək" bütün Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir: "Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31