Mədəniyyət

Lətifə Xatirəyə söz atdı: "Yerli kanallara baxmır, amma verilişlərə çıxır"

13 Aprel 2018 14:13

Müğənni Lətifə Soyuöz Xatirə İslama söz atıb. Məlumata görə, sənətçi “Show time” verilişində məşhurların yerli kanalları izləmədiyini deməsini qınayıb: “Sevmirəm, çıxıb deyirlər ki, bizim kanallara baxmıram. Amma hamısından da xəbərləri var. Yerli kanallara baxmır, amma verilişlərə çıxır. Mən hər şeyə baxıram və kimin nə etdiyni izləyirəm. 

“Yoldaşı xərçəngdir deyə, pul gətirmir” - 15 yaşında qızını evləndirən müğənni - VİDEO

13 Aprel 2018 13:59

ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub. O, proqramda qızlarının evliliklərindən danışıb. Həmçinin 1 qızının yoldaşının ağır xəstə olduğunu söyləyib. "Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur.

Efirdə rəqqasə Renkanı ilan boğdu - VİDEO

13 Aprel 2018 13:55

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı rəqqasə Renka olub. Oriental rəqs etmək üçün ilanla efirə gələn rəqqasə olduqca çətin anlar yaşayıb. Belə ki, rəqs əsnasında ilan Renkanın saçına ilişərək, boğazına dolanıb. Efirdə boğulmaq təhlükəsi yaşayan rəqqasəyə anında yardım göstərilib.

Müğənninin sevgilisi qayınatasının qarşısına qısa geyimdə çıxdı – VİDEO

13 Aprel 2018 13:27

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları əməkdar artist Rəhman Rəhmonov və onun müğənni oğlu Emin Rəhmanoğlu olub. 

Azərbaycanın bu məşhurları hansı bölgədəndir?

13 Aprel 2018 13:25

Bizdə hər kəs "haralısan" sualından xoşlanmadığını desə də, çox vaxt bunu soruşmaq məcburiyyətində qalırlar. Hətta insanların haralı olması münasibətlər sistemində də rol oynayır. Bu baxımdan da "haralısan" sualı aktuallığını itirmir. İnsanların əsas maraqlandıqları şeylərdən biri də məşhurların haralı olmasıdı.

"Əli qoymur Samirə kiminləsə duet oxusun"

13 Aprel 2018 12:55

Aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu son günlər bütün məclislərə birlikdə qatılırlar. Sənətçilər bir neçə aydır ki, duet ortağı olublar. Müğənni Eldəniz Məmmədov Əli və Samirə haqda maraqlı açıqlama verib. O, "5/5" verilişində bildirib ki, aşıqlar bir-birinə qadağa qoyub: "Əli ilə Samirənin müqaviləsi var. Əli qoymur Samirə kiminləsə duet oxusun. Eləcə də Samirə Əlini qoymur. Notariusda da müqaviləyə möhür vurulub".

"Kimsə məni məclisinə başımdakı tükə görə dəvət edəcəksə..."

13 Aprel 2018 12:33

Müğənni Eldəniz Məmmədov ona tez-tez ünvanlanan sualdan narahatlığını dilə gətirib. Açıqlama verən müğənni heç vaxt zahiri görünüşünə görə kompleks yaşamadığını deyib: "Bəzən efirlərdə mənə sual verirlər ki, niyə başına tük əkdirmirsən? Axı, indi çoxları bu vasitədən istifadə edir.

Efirdə elə hadisə baş verdi ki, müğənni qaçaraq studiyadan çıxdı - VİDEO

13 Aprel 2018 12:02

ARB TV -də yayımlanan "Səhər-səhər" verilişində həyəcanlı anlar yaşanıb. Efirə qəfil gətirilən ilan müğənni Sevda Sanaliyevanı qorxuya salıb. Müğənni ilanı görər-görməz qaçaraq, studiyanı tərk edib.

Türkan efirə sinə dekolteli libasda gəldi - Pərviz duet oxumaqdan imtina etdi - VİDEO

13 Aprel 2018 12:00

Bu gün ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində maraqlı anlar yaşanıb. Verilişə Türkanın sinə dekolteli libasda gəlməsi sosial mediada birmənalı qarşılanmayıb.

Azər Vüsalə barədə: "Övladımın anasıdır, yazılara diqqət edin"

13 Aprel 2018 11:59

Aparıcı Azər İsmayılovun son günlər ayrıldığı həyat yoldaşı Vüsalə Əlizadə ilə tez-tez görüntülər paylaşması diqqət çəkib. Azər yenidən Vüsalə ilə şəklini İnstaqram səhifəsində yayımlayıb. O, illər əvvəl çəkilən fotolarına bu sözləri yazıb: "Əvvəlcədən xəbərdarlıq edim: bu şəkli paylaşıram, boş-boş fikirlər yazmayın ki, kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandır. Sadəcə, hörmət edin fikirlərinizə. İnternetdə min ədəd bu cür şəkillər var. Arxivdən tapdım və paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın. "Like"lara görə təşəkkür edirəm".

Ədəbiyyat İnstitutu və Yazıçılar Birliyi arasında memorandum imzalandı

13 Aprel 2018 11:51

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AzərbaycanYazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Dastan gecələri” – Yeni layihə

13 Aprel 2018 11:50

Aprelin 18-dən etibarən AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Dastan gecələri” adlı yeni layihə baş tutacaq.

Elçin Maral Tahirqızını verilişindən qovdu - VİDEO

13 Aprel 2018 11:39

"El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub. Aparıcının verilişinə qonaq çağırdığı müğənni Maral Tahırqızını aşağılaması və verilişindən qovduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. M.Tahirqızı qovulması ilə bağlı açıqlama verib.

1919-cu ilə aid “Milli nəğmələr” kitabı saxlanılır

13 Aprel 2018 10:19

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda İran Elektrik mətbəəsində çap olunub. Kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.B.Zərdabi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və “CAMO bəy” (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.

Dünya opera ulduzları Azərbaycanda - “Madam Batterflyay”

13 Aprel 2018 10:08

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyanı Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcəkdir. Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olmuşdur. Şarples rolunda  isə Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.