Mədəniyyət

Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

16 Aprel 2018 11:04

Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva  müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi. Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb. O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:

Üzeyir Türkiyəni HEYRAN QOYDU - GÖRÜNMƏMİŞ İZDİHAM - VİDEO

16 Aprel 2018 10:53

Azərbaycanlı müğənni Üzeyir Mehdizadə Türkiyənin Iğdır şəhərində konsert verib. Qardaş ölkədə böyük fanat ordusu olan müğənnini izdihamla qarşılayıblar. Sözügedən görüntüləri Ü.Mehdizadə sosial şəbəkədə paylaşıb və türkiyəli pərəstişkarlarına təşəkkür edib.

İtaliyalı bariton Daniele Kaputo Bakıya gəlir

15 Aprel 2018 14:44

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.  İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində təqdim ediləcək səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da çıxış edəcək.

"Azərbaycan aşıq sənəti" kitabı təqdim edildi

15 Aprel 2018 13:58

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfrans çərçivəsində  tanınmış musiqişünas, aşıq musiqisinin ilk tədqiqatçısı Əminə Eldarovanın "Azərbaycan aşıq sənəti" kitabının yeni nəşrinin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatın özəlliyi kitabın üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsidir. Tədbirin əvvəlində Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, kitabın yeni nəşrinin böyük əhəmiyyətindən danışıb, Əminə Eldarovanın aşıq sənətinin öyrənilməsi sahəsində əvəzsiz xidmətlərini qeyd edib.

İqor Ponomarenkonun orkestrinin konserti - Heydər Əliyev Sarayda

15 Aprel 2018 13:42

Heydər Əliyev Sarayının səhnəsində dirijor İqor Ponomarenkonun idarə etdiyi “IP ORCHESTRA” simfonik orkestrinin konserti olub. Orkestrin ifasında “Highway to Hell” (AC\DC qrupu), “Smoke On The Water” (Deep Purple), “Yesterday” (The Beatles) kimi rok-musiqi hitləri səsləndirilib. Musiqiçilərin çıxışı bakılı tamaşaçıların sevincinə səbəb olub.

“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunub

15 Aprel 2018 13:40

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Vyanada “LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Lalə ilə Röya barışıqdan sonra ilk dəfə... - Foto

15 Aprel 2018 13:38

Əməkdar artist Lalə Məmmədova ilə Röya Ayxan məclislərdən birində bir araya gəliblər. Uzun müddətdir küsülü olan sənətçilər birlikdə foto çəkdiriblər. Onların şəklini müğənni Nura Suri İnstaqram səhifəsində paylaşıb.  Qeyd edək ki, L.Məmmədova ilə Röya arasındakı qalmaqala onun açıqlaması səbəb olmuşdu. Lalənin Röyanı həmişə eyni janrda oxumaqda günahlandırması qarşı tərəfin xoşuna gəlməmişdi:

Lütfi Zadənin xatirəsinə həsr edilmiş tamaşaya ictimai baxış keçirildi

13 Aprel 2018 16:20

Aprelin 13-də Azərbaycan Dövlət Gənc Yamaşaçılar Teatrında dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib. Tamaşanın rus dilindən Dilsuz Mustafayev tərcümə edib. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Teatrda vakansiya

13 Aprel 2018 16:17

Azərbaycan Dövlət Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir: 1. Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi) 2. Orkestr ifaçılığı 3. Rəqs sənəti Müsabiqənin şərtləri:

“Mənim günahım” yenidən səhnədə

13 Aprel 2018 15:59

Aprelin 14-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunur.

Həftəsonu Musiqili Teatrda

13 Aprel 2018 15:20

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən Olaylar.az-a bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Aşıq Ədalət yaradıcılığına həsr olunmuş konsert

13 Aprel 2018 15:07

 Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm  “Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində  “Yaddaşlardan silinməz Aşıq Ədalət” adlı ədəbi-musiqili konsert keçirilib.Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi,Əməkdar incəsənət xadimi aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.