Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir
Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi. Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb. O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:
16 Aprel 2018 11:04 Teatr və kinoRusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.
Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb.
O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:
"12 vəkilin nəzarətindən və 12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir".
Qeyd edək ki, bundan əvvəl rejissor özü Fatiməni məhkəməyə verməyə hazırlaşırdı. "Vəkillərlə məsləhətləşmək lazımdır. Hələ ki çirkaba batmaq istəmirəm" deyə, Razovski Rusiya mediasına açıqlamasında bildirib.

