Mədəniyyət
“Şüuraltı kölgələr” nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova və Tunar Əlizadə iştirak edir. “Şüuraltı kölgələr” 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək “Təbrizim” V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.
Xalq artistinin qızının toyudur
Məlumata görə, xalq artisti Mənsum İbrahimov bu gün qız övladına toy edir. Paytaxt restoranlarından birində baş tutacaq şad günə xalq artisti incəsənətin say-seçmə insanlarını dəvət edib.
Qazaxıstan Universitetləri arasında əlaqə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetdə olublar. Ümumilikdə 15 tələbə 8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi təcrübə keçiblər. Səfər çərçivəsində magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan ADMİU-da keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər.
E.ə. I minilliyin birinci yarısına aid bəzək əşyaları tapıldı – Azərbaycanda
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.
"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert
Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.
"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər
Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi. Açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.
“Məni istəyən yoxdur” - İlahə ailə qurmamasından danışdı - VİDEO
Səmra hamamda çimərkən video çəkib paylaşdı - VİDEO
Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edir. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.
Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dostluq konserti ilə qeyd ediləcək
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə mayın 17-də paytaxtdakı “Türküstan” konsert salonunda böyük dostluq konserti keçiriləcək.
Əməkdar artist bu qadına hədiyyə göndərirmiş: “Əl çək, mən səni tanımıram” - VİDEO
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev olub. Efirə qonaq olan keçmiş "İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli, Yusif Mustafayevin onun evinə hədiyyələr göndərdiyini iddia edib: "Bəlkədə siz bilirsiniz ya bilmirsiniz, amma gələn hədiyyələr sizin adınızdan gəlib.
Tolik yayılan videosu barədə danışdı: “Bunu yayan adamlar müxalifət yönümlü, Orduxanı dəstəkləyən adamlardır” – VİDEO
Tanınmış prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu yayılıb. Sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.
Muzeylərdə “Açıq qapı” günü
Aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
“Nar bağı” 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalında
“Nar bağı” bədii filmi İspaniyada keçirilən 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalının müsabiqə mərhələsinə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Latın Amerikası Film Festivalı çərçivəsində film nümayişi – İlk dəfə
Azərbaycan Dillər Universitetində universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub. Film nümayişindən öncə çıxış edən ADU rektorunun məsləhətçisi Anar Osmanlı və Kosta Rikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xayro Fransisko Lopez Volanyos iki ölkə arasındakı əlaqələrdən danışıb və film festivalı haqqında fikirlərini söyləyiblər.


.jpg)











