Mədəniyyət
İlk milli superqəhrəmanlar - “Külək – Yel kürəsinin şahzadəsi”
Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq. Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər.
Eks-əri aparıcı Vüsaləyə cavab verib, SƏRT SÖZLƏR İŞLƏTDİ: “İt hürər...”
“Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə o şəkildən doludur! Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Amma bunu çoxları yenə fırlatdı keçmiş həyatıma, indi onlara cavab verim. Yadınızda qalsın ki, keçmiş hər zaman keçmişdir! İnsan gərək keçmişdə kim və nəçi olduğunu unutmasın!”
Xanımı "Şirin"ə bahalı hədiyyə alıb
“Bozbash Picture”in Şirini, aktyor Nicat Rəhimovun doğum günüdür. Aktyor 32 yaşını qeyd edir. Nicat özəl gününü iş başında keçirdiyini deyib:
"Tunarla nişanlananda 18 yaşım var idi" - Çiçək
Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan danışıb. Çiçək ləqəbi ilə tanınan aparıcı “Hər şey daxil” verilişində deyib ki, son günlər adının Tunarla yanaşı yazılmasına əsəbiləşir: “Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.
Münsiflər heyətinin tərkibi açıqlandı - Üçüncü Buktreyler Festivalında
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb. Münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.
Xatunun Rusiya toylarına yolu açıldı - Rəqsanə qadağa qoymuşdu
Geyimi ilə kişiləri "dəli edən" Roza Zərgərli: "Ondan vaz keçmək olmur..."
Əvvəl toya getmirdim, bir ildir yenidən başlamışam. Bu yaxınlarda verilişdə toy qiymətimi açıqladım. Ondan sonra təkliflər daha çox gəlməyə başlayıb. İnsanlar elə bilirdilər ya getmirəm, ya da çox qonorar istəyirəm. Elə qiymət deyirəm ki, ondan vaz keçmək olmur. Çox adam heç bilmirdi ki, bütov toy aparıram. Çünki statusu olan müğənnilərin əksəriyyəti yarım saatdan artıq getmir.
“Almaz” yenidən səhnədə
Aprelin 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə teatrsevərlərə təqdim ediləcək.
Danadan efirdə yeni rəqs- VİDEO
Evli aktyor GİZLİNLƏRİ AÇDI: “Gündə azı yüz xanım …”
Yaradıcılıq arzularından söz açan aktyor Rəşat Kəsəmənli rejissorlara ismarış yollayaraq, psixi xəstə və Don Juan obrazını yaratmaq istədiyini bildirib. Açıqlama verən aktyor həyatda Don Juan olmadığını deyib: “İstəyirəm elə bir güclü ssenari yazılsın və orda psixi xəstə roluna çəkilim. Başımı qırxsınlar, o obrazın psixoloji aləmini açıb ortaya qoyum. İkinci arzuladığım obraz Don Juandır. Don Juan əslində dərin-psixoloji bir obrazdır. Bu əsərdə dərin nüanslar var, hərə bir cür anlayır. Mən istəyirəm ki, bu obrazın əsl istədiklərini tamaşaçıya çatdırım”.
Azərbaycanlı aktrisa transparan geyimi ilə göz qamaşdırdı - FOTO
Britaniya kinematoqrafiyasının uğurlu filmləri Bakıda
Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri nümayiş ediləcək. Festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.
Anar Nağılbaz efirə sərxoş gəldi - QALMAQAL - VİDEO
Anar Nağılbaz efirə sərxoş halda gəlməsi tənqid edilib. Reper Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinin qonağı olub. Anar Nağılbazın sərxoş halları verilişin digər qonaqlarının diqqətindən yayınmayıb. Reperin davranışlarından hiddətlənən tanınmış yazıçı Anar Vəziroğlu "Nə günə düşmüsən, niyə bu gündəsən?” deyə bildirib. Reper isə içki içməsi xəstəliyi izah edib.
Xalq Şairinin xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək
Aprelin 20-dən etibarən Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri təşkil olunacaq. Qazax rayonundan start götürəcək poeziya günlərinin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, üçüncü dəfə təşkil olunacaq Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir.














