Mədəniyyət

Aysel ilk məşqini edib

2 May 2018 17:25

Muzeyə XX əsrin I yarısına aid mücrü hədiyyə edildi

2 May 2018 10:00

Milli Azərbaycan Tarixi Muzeyi yəhudi həmvətənlimizə muzeyə hədiyyə etdiyi bir neçə tarixi dəyərli materiallara görə təşəkkür bildirib. Bir neçə müddət əvvəl İsraildə yaşayan soydaşımız Rauf Şalikoyeviç Zarbailov muzeyə Azərbaycanın maddi mədəniyyət nümunələrini hədiyyə edib. Hal-hazırda Rauf Zarbailov Bakıya gəlib və muzeyə yeni unikal əşyalar təqdim edib. Muzey əməkdaşlarının iştirakı ilə həmvətənlimizə xüsusi təşəkkür edilib.

Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert

2 May 2018 09:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.