Vəfat edən teatr işçisi Aygün Kazımovanın qohumudur

Uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərmiş əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva rəhmətə gedib.

Bu haqda aktyorlar sosial şəbəkədə xəbər yayıblar. Bildirilib ki, mərhum bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkirmiş.

R.Musayevanın xalq artisti Aygün Kazımovanın xalası olması haqda xəbər yayılıb. Müğənni saytımıza açıqlamasında bildirib ki, mərhum onun xalası deyil:

"Allah rəhmət eləsin. Xalam deyil. Amma uzaq qohumumuzdur".
 

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31