Samirə Mustafayeva vizajistliyə başlayıb

İki ildir ki, teleaparıcılıq fəaliyyətinə son qoyan Samirə Mustafayeva özünü yeni işdə sınamaq qərarına gəlib.
 

O, artıq bir müddətdir vizajist kimi fəaliyyət göstərir. Bu günlərdə bir çox tanınmış xanımın sosial şəbəkədə "samirademakeup" adı ilə işarələdəyi vizajist məhz Samirə Mustafayevadır. 

Samirə makiyaj etdiyi xanımlarla paylaşdığı fotolarda üzünün görünməməsinə çalışır. 

Qeyd edək ki, S.Mustafayeva uzun illər ATV-də xəbərlər proqramının aparıcısı olub. Daha sonra heç kimin gözləmədiyi bir anda həyat yoldaşı, teleaparıcı Vaqif Aydınoğlu ilə boşanıb və eyni zamanda ATV-dəki işindən ayrılıb. 

Samirə ötən il gözəllik salonu açmışdı. O, vizajist kimi elə həmin salonda xidmət göstərir.

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31