Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında
4 May 2018 11:08 MədəniyyətABŞ-ın paytaxtında "Culturfied" Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında Azərbaycan bu il ilk dəfə olaraq iştirak etdi.
Səfirlikdən Olaylar.az - a bildirilib ki, ABŞ-ın əsas mədəni və iqtisadi tədbirlərinin keçirildiyi məkan olan Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından gələn insanlar qatılıb.
Azərbaycan festivalda ABŞ-ın Bruklin şəhərində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupu ilə təmsil olunub.
Festivalı açıq elan edən "Culturfied" Fondunun prezidenti Mele Melton ictimaiyyət üçün açıq olan tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi, onların adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu qeyd etdi.

Daha sonra Vaşinqton şəhərinin meri Muriel Bouser çıxış edərək, Vaşinqtonun müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət edilməsini təşviq edən bir şəhər olmasından qürur duyduğunu bildirdi. Muriel Bouser 29 aprel tarixini Vaşinqton şəhərində "Beynəlxalq Uşaq Festivalı Günü" elan edərək şəhər sakinlərini bu bayramı birlikdə qeyd etməyə çağırdı. Festivalda ABŞ-da Akkreditə olunmuş 20-dən çox ölkənin səfirliklərinin xətti ilə uşaqlar tərəfindən həmin ölkələrin milli musiqiləri, rəqsləri ifa olunmuş, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunmuş, milli mətbəxi təqdim olunub.
Qafqaz Ritm rəqs qrupunun ifasında təqdim olunmuş "Azərbaycan", "Yallı" və "Salam" rəqsləri izləyicilər tərəfindən xüsusi maraqla qarşılanmış, sürəkli alqışlarla təqdir olundu. Festivalda Azərbaycanla yanaşı Anqola, İsveç, Boliviya, Türkiyə, Dominikan, Misir, Salvador, Misir, Haiti. İndoneziya, Keniya, Litva, Monqolustan, Panama, Filippin, Qatar, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, və Uruqvay iştirak ediblər.