Bakıda İtaliya opera günləri
İtaliya opera günləri çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madama Butterfly” operası nümayiş olunub. Tamaşaçılar operanın nümayişindən əvvəl teatrının foyesində “Cara İtalia, Alfin di miro” adlı sərgiyə baxıblar. Sərgi mayın 20-dək davam edəcək.
4 May 2018 10:32 Mədəniyyətİtaliya opera günləri çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Madama Butterfly" operası nümayiş olunub.
Tamaşaçılar operanın nümayişindən əvvəl teatrının foyesində "Cara İtalia, Alfin di miro" adlı sərgiyə baxıblar. Sərgi mayın 20-dək davam edəcək.
Səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edib. Operada Şarples rolunu isə Ukrayna milli operasının solisti, Əməkdar Artisti Dmitri Qrişin canlandırıb.
Səhnə əsərində, eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak ediblər.
Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edib.