Mədəniyyət

Hülya Avşarın uğursuz “Selfi”si

7 May 2018 12:12

Məşhur türkiyəli müğənni, aktrisa Hülya Avşarın rejissoru və ssenarisi özünə aid olan  avtobioqrafik filmi "Selfi" uğursuzluqla nəticələndi. Olaylar.az türk mediasına istinadən bildirir ki, filmin 80 kinoteatrda nümayişi planlaşdırılırdı. Lakin, "Selfi"ni  3 gündə 1300 nəfər izləyicisi olub. Uğursuzluqla üzləşən film artıq 4 kinoteatrda yayımlanacaq.  

Bu gün radio günüdür

7 May 2018 11:23

“Mənə İlhamə deyirdiniz, Natavan oldu” -  Röya

7 May 2018 10:51

Əməkdar artist Röya Ayxan müğənni Natavan Həbibiyə söz atıb. Bir neçə gün əvvəl solo konsert verən müğənni gecənin sonunda jurnalistlərlə bir araya gəlib.  Röya müğənni Samir Piriyevin N.Həbibiyə "İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun" sözlərinə münasibət bildirib:

Sərgi - UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunacaq

7 May 2018 10:47

Mayın 8-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunmuş sərgi açılacaq. Sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi maddi və mənəvi irsi əks etdirən mövzularda, özünəməxsus tərzdə yaratdıqları əsərlər nümayiş olunacaq.

Kür-Araz mədəniyyətinə xas yeni tikili qalıqları üzə çıxdı

7 May 2018 10:39

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı Kür-Araz mədəniyyətinə xas olan yeni tikili qalıqları aşkarlanıb. Olaylar.az bildirir ki, rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

Tünzalədən Nuraya sərt sözlər: "Bu insanın..." - VİDEO

7 May 2018 10:37

Əməkdar artist Tünzalə Ağayeva müğənni Nura Surinin onunla bağlı dediklərinə münasibət bildirib.  “ATV maqazin onlarla”da müğənni Nura onun haqqında "Özünü hər kəsdən üstün görür" sözlərinə qarşı tərəfdən cavab gəlib. Ağayeva bildirib ki, Nuranı həmkarı saymır:

“Bozbash pictures”də yenidən toydur

7 May 2018 10:20

Aktyor, ”Bozbash pictures” komandasının üzvü Azər Baxşəliyevin toyudur. Toy bu həftə şəhər restoranlarından birində olacaq. Məclisə məşhur simalar da dəvət olunublar.

“Vikipediya”da Cümhuriyyət tarixi ilə bağlı müxtəlif dillərdə məqalələr yerləşdirilir

7 May 2018 09:52

Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının  “Vikipediya” Metodik Mərkəzi könüllülərinin Şəms Tərcümə Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.

Rəqsanə hamilədir - Əkizləri olacaq

7 May 2018 09:46

Müğənni Rəqsanə İsmayılova ana olmağa hazırlaşır. Sənətçi bu haqda "Zaurla Günay"dın verilişində deyib. O bildirib ki, əkizləri dünyaya gələcək. 

Azərbaycanlı aktyorlar Rusiyada "Karmen"də oynayacaqlar

7 May 2018 09:35

İyunun 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında J.Bizenin “Karmen” operası nümayiş etdiriləcək.  Səhnə əsərində iyunun 7-də və 9-da Mikaelanın partiyasını Azərbaycanın əməkdar artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Elçin Əzizov ifa edəcək.

ABŞ-ın paytaxtında Azərbaycan mədəniyyəti 

7 May 2018 09:31

Ənənəyə uyğun olaraq, bu il yenə Azərbaycanın Vaşinqtondakı Səfirliyi öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirilib. Olaylar.az bildirir ki, səfirliyə təşrif buyurmuş iki minə yaxın ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.

"Vətənin tərənnümü" - Qusarda

7 May 2018 09:26

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  "Vətənin tərənnümü" silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri baş tutub.

Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti - Muğam Mərkəzində

6 May 2018 11:00

Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik  musiqiçilər Karl Struyf və Aleksandro Riva "Charango meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər. Olaylar.az bildirir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.