"Vətənin tərənnümü" - Qusarda
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı "Vətənin tərənnümü" silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri baş tutub.
7 May 2018 09:26 MədəniyyətMədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı "Vətənin tərənnümü" silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri baş tutub.
Olaylar.az bildirir ki, "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan plenerdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Sənətşünas Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, o cümlədən peşəkar rəssam, gənc rəssam və Azərbaycan Rəssamlıq Akedemiyasının tələbələrindən ibarət olmaqla 36 etüd həvəskarı ölkəmizin dilbər güşələrindən olan Qusar rayonunu Ənig kəndinin ecazkar mənzərələrini tabloya köçürdülər. Yerli camaatın həmçinin həmin vaxtı ordan keçən yerli və xarici turistlərin marağına səbəb olan tədbir xeyli məhsuldar keçib. Qusar Ənig plenerində rəssamlarımızın yaratdığı tablolar Xətai Sənət Mərkəzində "Etüddən gəlirəm" adlı sərgidə nümayiş olunacaq.