Mədəniyyət

Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş sərgi

5 May 2018 09:32

Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərgi açılıb. Sərgidə Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar – xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur. Tədbirdə çıxış edən muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bu peşə sahiblərini bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə xalçaçılıq sənəti qədim tarixə malikdir. 

Vladiqafqaz teatrı Bakıda çıxış edəcək

5 May 2018 09:23

Beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Olaylar.az bildirir ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr Bakı tamaşaçılarına V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını təqdim edəcək.

Görmə və eşitmə qüsuru olan insanlar üçün “Dolu” filmi təqdim olunacaq

5 May 2018 09:14

Mayın 7-də  Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edəcək.

Rəşid Behbudov haqqında sənədli film təqdim edildi

5 May 2018 09:06

Nizami Kino Mərkəzində SSRİ Xalq Artisti, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açıb. “Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Dünyada ikinci belə səs olmayıb. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq rəğbəti qazandırdı.

Xalq artisti vəfat etdi

5 May 2018 08:30

Damladan ailə quracağı şəxslə bağlı - AÇIQLAMA

4 May 2018 17:18

Damla ərə getmək istədiyi insanı açıqlayıb. Aparıcı müğənniyə "gələcəkdə necə bir kişi ilə evlənərsən" sualını verib.