Səidədən Aygünün onu blok etməsinə reaksiya - VİDEO
7 May 2018 13:17 MədəniyyətARB TV-nin "Açıq pəncərə" proqramının budəfəki qonağı müğənni Səidə Sultan olub.
Səidə Sultan "İnstagram" da izlədiyi məşhurları və xalq artisti Aygün Kazımovanı niyə izləmədiyinin səbəbini açıqlayıb:
"Elnuru izləyirəm. Aygün Kazımova yoxdur. "İnstagram"da tapmıram Aygün xanımı. Məni blok edib, amma səbəbini bilmirəm. Bir-birimizə qarşı hörmətimiz var. Bəlkə də özünün də xəbəri yoxdur. Hamı da Aygün xanımın profili göstərir, məndə göstərmədi".
Sonda müğənni blok olunmağına zarafatla cavab verib:
"Mən də dedim ki, nolar, Aygün Kazımova, küsürsən küs, mən də səndən küsürəm".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31