Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək

Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun "Altice" arenada keçiriləcək.TASS  xəbər verir ki, müsabiqədə 19 ölkə yarışacaq. Tədbirin açılışında Azərbaycan təmsilçisi Aysel çıxış edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər. Müsabiqədə həmçinin Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də çıxış edəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir. Müsabiqənin finalı mayın 12-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31