Mədəniyyət

Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert 

26 May 2018 15:52

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin  100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.

“Vətənimdir Azərbaycan” layihəsi davam edir

26 May 2018 15:38

 Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzi  və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının “Vətənimdir Azərbaycan” adlı birgə layihəsi çərçivəsində iyunun 10-da Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Elnur Zeynalovun solo konserti keçiriləcək. Olaylar.az bildirir ki, Elnur Zeynalov muğam və xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər Opera Balet Teatrının səhnəsində Məcnun, Kərəm, Aşıq Qərib kimi obrazları da məharətlə yaradır.

"Qafqaz üçlüyü" - Kino adına ləkə

26 May 2018 15:25

Rüstəm İbrahimbəyovun ssenarisi və Eldar Şenqelayanın rejissorluğu ilə çəkilən “Qafqaz üçlüyü” filminə ard-arda iki dəfə baxdım. Ortada böyük “NİYƏ?” sualı vardı, ona cavab axtarırdım. Rüstəmin inanmadıqlarına and olsun ki, tapmadım. Sənət belədir: oxucu, yaxud tamaşaçı bütün niyə suallarına cavab axtarır. “Qafqaz üçlüyü” bu suala peşəkarlıq prizmasından cavab vermək gücündə olmayan filmdir. Filmin süjeti olduqca primitivdir və əsas bəsitliyi də ondadır ki, ssenari müəllifi “əsəri” niyə yazdığını və niyə ekranlaşdırdığını oxucuya, yaxud tamaşaçıya izah edə bilmir. Əslində izah etməyə çalışmır da.

Firuzə İbadovanın qızı hicab bağladı -  Fotolar

26 May 2018 15:20

Əməkdar artist Firuzə İbadova "Zaurla Günaydın" verilişinə qonaq olub. Müğənni proqrama 90 yaşlı anası Hökümə xanımla və qızı Hülya ilə birlikdə qatılıb. 

Sərgi - Azad Azərbaycanım

25 May 2018 19:00

Mayın 26 -da  Xətai Sənət Mərkəzində “Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “Azad Azərbaycanım” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub. Olaylar.az bildirir ki, məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaqdır.

"Leyli və Məcnun" dastanı təqdim edildi

25 May 2018 18:35

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunub. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

25 May 2018 18:31

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Kollektiv mayın 25-i saat 16:00-da ölməz M.F.Axundzadənin “Hekayəti-Xırs Quldurbasan” əsərini nümayiş etdirəcək.

Türkiyədə Cümhuriyyətə dair unikal nəşrlər - İLK DƏFƏ

25 May 2018 18:27

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr edib. Olaylar.az bildirir ki, “Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

Elmira Axundovaya “Xalq yazıçısı” adı verilib

25 May 2018 18:05

Azərbaycan Prezidenti İlham Əliyev Elmira Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Doqquz evim olub" - Sevda

25 May 2018 17:48

Səbinə Babayeva himnimizi ifa etdi - YENİ LAYİHƏ

25 May 2018 14:24

ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihəni təqdim edir. Layihənin məqsədi dövlətçilik ənənə və dəyərlərinin, atributlarının təbliğidir. Olaylar.az bildirir ki, sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Səbinə Babayeva orijinala yaxın, klassik formada yenidən ifa edib. Aranjeman Samir Şirinova məxsusdur. ASAN Radio Azərbaycan Dövlət Himnini müğənni Səbinə Babayevanın ifasında dinləyicilərin ixtiyarına verir.

Bakıda gözəllik yarışmasında dava: "Mən səndən çox pul vermişəm" - VİDEO

25 May 2018 13:59

“Show Production”un təşkilatçılığı ilə baş tutan “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb. Sosial şəbəkədə yayılan məlumata görə, davaya səbəb ikinci yeri qazanan iştirakçının buna etiraz etməsi olub.