Sərgi - Azad Azərbaycanım
Mayın 26 -da Xətai Sənət Mərkəzində “Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “Azad Azərbaycanım” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub. Olaylar.az bildirir ki, məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaqdır.
25 May 2018 19:00 MədəniyyətMayın 26 -da Xətai Sənət Mərkəzində "Qızıl Ay" Rəsm Kursunun rəssamlarının "Azad Azərbaycanım" adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub.
Olaylar.az bildirir ki, məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaqdır.
Sözügedən tədbirdə Rəssamlar İttifaqının nümayəndələrinin, memarların, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Sərgidə 40-dan çox şagirdin əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.
Sərgidə tədbir iştirakçıları 3 naminasiya üzrə dəyərləndiriləcək və hədiyyələrlə təltif olunacaqlar.