"Dağlar qızı Reyhan" mahnısının tarixi

Monastrda gizlədilən Reyhan

1918-ci il mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə erməniləri darmadağın edir.

1928-ci ildə Reyhan bolşeviklər tərəfindən məhv edilir. Amma güllələnməyə aparılan zaman xilas edilir. Adı və soyadı dəyişdirilərək Krımdakı bir monastrda yerləşdirilir. 

Olaylar.az Belə-belə işlərə istinadən bildirir ki, 1959-cu ildə bəstəkar Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir. Bir versiyaya görə mahnının sözləri Tələt Eyyubova məxsusdur. 1960-ci ildə isə mahnını ilk dəfə Rəşid Behbudov ifa edir, lakin Zeynəb Xanlarovanın ifasında mahnı daha da məşhurlaşır. 

1968-ci ildə Türkiyədə "Reyhan-Dağlar kızı" filmi çəkilir. Elə həmin filmdə də "Reyhan" mahnısından istifadə edilir. 

"Reyhan" mahnısı bir neçə qonşu ölkə dillərində də ifa edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31