"Leyli və Məcnun" dastanı təqdim edildi
Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunub. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
25 May 2018 18:35 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli və Məcnun" dastanı təqdim olunub.
Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyəti barədə danışıb. 2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı"sına daxil edilmişdir. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir.
Daha sonra Aşıq Cahangir Quliyevin ifasında "Leyli və Məcnun" dastanı tamaşaçılara təqdim olunub.İki gəncin sevgisindən bəhs edən dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.