Mədəniyyət
41 yaşlı aktrisa ilk dəfə ana olacaq
"Fatimə ərini üstümə gətirmişdi, vurmalıydım..." - Xatun
Uşaqlar günündə xeyriyyə yarmarkası
İyunun 1-də UAFA Uşaqlara Dəstək Təşkilatı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “3 alma” nın sponsorluğu ilə çap olunan “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, hər səhifəsində xüsusi qayğıya ehtiyac duyan uşaqların arzu və xəyallarının yer aldığı bu kitab, müvafiq dövlət qurumlarının diqqətini cəlb etməli və incəsənət vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşması üzrə platformanın yaradılması və inkişafı dövlət və özəl sektorların davamlı əməkdaşlığı istiqamətində önəmli bir addım olmalıdır.
Könül Xasıyeva xəstəxanaya yerləşdirildi - VİDEO
“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert
Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yeni səslər, qədim havalar” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. “Yeni səslər, qədim havalar” adlı konsertin məqsədi Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.
Bir gündə iki PREMYERA
İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki premyera nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək. Tamaşa saat 19:00-da təqdim ediləcək. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa edir.
Ülvi Qılıncdan Tolikə SƏRT SÖZLƏR
Tanınmış vokalçı Ülvi Qılınc "Space" telekanalında Kamran Həsənlini aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində prodüser Toliki tənqid edib.
7 yaşlı Dənizin UĞURU
Uzun zamandır Kanadanın BC vilayətinin Viktoriya şəhərində yaşayan 7 yaşlı azərbaycanlı Dəniz öz istedadı ilə hər kəsi təəccübləndirir. Olaylar.az bildirir ki, Dəniz Viktoriya Musiqi Konservatoriyasında violin (skripka) üzrə dərs alır və eyni zamanda Konservatoriyanın orkestr proqramında iştirak edərək bir neçə konsert proqramında iştirak edib.
Hamam xalatında fotoları yayılan Dilarə əsəbiləşdi: “Bu insanlar milçək kimidir” - FOTO
“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova sosial şəbəkədə hamam xalatı yayılıb. Onun 34 minlik səhifəsində paylaşdığı yataq fotoları tənqid edilib.
Musiqili Teatrda PREMYERA
Mayın 31-i saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyera olacaq. Olaylar.az bildirir ki, Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məhşur "Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
Litvalılar azərbaycanlı musiqiçiləri ayaqda alqışladılar
Laçın muğam qrupu Litvanin Vilnus şəhərində keçirilən Beynəlxalq Folklar Festival olan Skamba Skamba Kankliai-de iştirak edib. Olaylar.az bildirir ki, Lachin qrupunda - xanəndə Tuğay İsmayilov, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov ölkəmizi layiqincə təmsil edib.
Tolik etiraz edən Nadirlə Xatirəyə səsləndi - VİDEO
Pərviz, Türkan və Damla "Maşın şou"dan imtina etdi
Xəbər verdiyimiz kimi, "Maşın şou"nun növbəti buraxılışı başlayıb.
“Sərhədsiz kino” – İran filmləri Azərbaycan dilində
Mayın 29 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilində ekranlaşdırılmış İran filmləri təqdim olundu. Layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüsser Rıza Siamidir. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının müdiri kinooperator Rafiq Quliyev son illər İran filmlərinin beynəlxalq festivallarda qazandığı uğurları xatırlatdı.














