Muzey rəhbərlərinin DİQQƏTİNƏ
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 31 may 2018-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili istiqamətləri” adlı dəyirmi masa keçirmişdir.
1 İyun 2018 08:42 MədəniyyətMədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 31 may 2018-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili istiqamətləri" adlı dəyirmi masa keçirmişdir.
Olaylar.az bildirir ki, tədbirdə giriş sözü ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev, Muzey işi sektorunun müdiri P.Almazova "Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili", metodist M.Əbilova "Espozisiyanın tərtibatında işıq və rəng amili", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri Y.Eyvazova "Muzey ekspozisiyasının layihələndirmə məsələləri", Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi iş şöbəsinin müdiri S.Mirseyibli "Azərbaycan İstiqlal Muzeyində Xalq Cümhuriyyəti bölməsinin quruluşu", Quba tarix-diyarşünaslıq muzeyinin direktoru M.Hacıyeva "Quba tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasında bədii tərtibat həlli", Qazax tarix-diyarşünaslıq muzeyinin direktoru G.Alişanova "Qazax tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasında müasir elektron avadanlıqlardan istifadə", Lənkəran tarix-diyarşünaslıq muzeyinin direktoru Ü.Əliyeva ekspozisiya işinin təkmilləşdirilməsinə dair innovativ metodların tətbiqinə dair məruzələrlə çıxış etmişlər.
Dəyirmi masada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru cənab A.Usubəliyev və şöbə müdirləri, Bakı şəhəri muzeyləri, habelə regional mədəniyyət idarələrin tabeçiliyində fəaliyyət göstərən tarix və tarix-diyarşünaslıq muzeylərinin rəhbərləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak etmişlər.
A.Usubəliyev qeyd etdi ki, muzeylər ölkənin tarixi və ictimai qurumlarıdır. Mövcud problemlərin həll edilməsi üçün işçilərin təklifləri əsasında vahid təkmil mexanizmi, hətta sahə üzrə Peşə birliyi yaradıla bilər.
Sonda tədbir iştirakçıları üçün Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilmişdir.