“Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub

“Qanun” nəşriyyatında tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun müəllifi olduğu “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub.

"Qanun"  nəşriyyatında  tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun müəllifi olduğu  "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası" kitabı çap olunub.

Olaylar.az bildirir ki, 1920-1991-ci illəri əhatə edən araşdırmaların əks olunduğu kitabda Azərbaycanda mövcud olmuş gizli təşkilatlar, dissidentlər, "samizdat"lar haqqında arxiv materialları öz əksini tapıb, maraqlı məlumatlar verilib. 

Müəllif kitabda bəzi arxiv sənədləri və materialları əldə etmək üçün bir sıra ölkələrdə yaşayan insanlarla görüşüb. Kitabda Türkiyə, Rusiya, Almaniya, Polşa, Fransa, Qazaxıstan və ABŞ  - dan əldə olunan sənədlər öz əksini tapıb.

"Azərbaycan Milli azadlıq Hərəkatı Ensiklopediyası" kitabında tarixi romanlar müəllifi, yazıçı - publisist Yunus Oğuzun şəxsi arxivindən yer alan Azərbaycanla bağlı bəzi sənədlərdən  də istifadə olunub və onun haqqında ayrıca bölmə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31